Accessibility links

Amerika universitetlərində təhsil haqqı baha olduğu üçün xarici tələbələr başqa ölkələrə üz tutur


Amerika universitetlərində təhsil haqqı baha olduğu üçün xarici tələbələr başqa ölkələrə üz tutur
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Son on ildə Amerika Birləşmiş Ştatlarında kollec və universitetlərə daxil olan beynəlxalq tələbələrin sayında davamlı artım müşahidə edilir. Lakin yüksək təhsil haqqı, immiqrasiya ilə bağlı problemlər, siyasətdə fikir ayrılıqları və ölkədəki cinayətlər səbəbindən beynəlxalq tələbələr başqa seçimləri nəzərdən keçirir. ABŞ-ın bu sahədə əsas rəqibləri Kanada, Avstraliya, Yeni Zenlandiya, Avropa və Çin-dir. Bu ölkələrdə təhsil haqqı daha ucuz və tələbələr üçün şərait daha rahatdır.

Tələbələr arasında aparılan sorğulara görə, Amerika universitetləri baha olduğu üçün xarici tələbələr təhsillərini davam etdirmək məqsədilə digər ölkələrə üz tutur. Amerika Universiteti Tələbə Kampusunun vitse prezidenti Fanta Au: “Başqa ölkələrlə müqayisədə Birləşmiş Ştatlarda alı təhsilin baha olması sirr deyil.”

Lakin təhsil haqqının yüksək olması yeganə amil deyil. Beynəlxalq Təhsil İnsitutunun apadığı araşdırmaların nəticələrinə əsasən, bunun səbəbləri Birləşmiş Ştatlarda cinayətlər və mühacirlərə münasibətdə bölücü siyasi ritorika ilə bağlıdır. İndoneziyalı tələbə Bəxtiyar Romadoni Asral: “İndoneziyalı, asiyalı və müsəlman olduğuma görə bu, mənim üçün əsas narahatlıqdır. Mənim xarici görünüşüm fərqlidir və insanlar mənim Amerikadan olmadığımı anlayır. Əvvəllər Amerikanı açıq hesab edərək, bunun problem olacağını düşünməsəm də, indi Birləşmiş Ştatlarda adaptasiyanın mənim üçün çətin olduğunu görürəm.”

Bəziləri Kanada kimi ölkələrdə daha xoş qarşılandıqlarını hesab edir. Kanada tələbələrə cəmi üç həftə ərzində viza verməklə Çin, Hindistan, Filippin, Vyetnam və Pakistandan tələbələr cəlb etməyə çalışır. ABŞ-ın Kanadadakı səfirinin müavini Kristen Hillman: “Statistikaya əsaslanaraq deyə bilərik ki, məhz bu ölkələr tələbələrini Kanadaya göndərməkdə olduqca maraqlıdır.”

Beynəlxalq tələbələrin sayı Birləşmiş Ştatlardan az olsa da, Kanadadakı tələbələr üçün immiqrasiya yolları daha asandır. Kanadanın Manitoba universitetinin məzunu Məsrur Xan: “Bakalavr dərəcəsini aldıqdan sonra üç illik açıq iş icazəsi aldım. "Postgrad" adlanan bu sənədlə iş üçün müraciət etdim. Mühasibat şirkətində işə düzəldim. Orada bir il işlədim və bunun əsasında daimi yaşayış üçün müraciət edə bildim.”

130 min beynəlxalq tələbəsi olan Yeni Zenlandiya da işə qəbul strategiyasını gücləndirməyə çalışır. “Böyük əksəriyyət – 50 faizə qədəri Çin və Hindistandan gəlir. Lakin biz Cənubi Amerika, Şimali Amerika, Avropa, eləcə də Yaxın Şərqdən və Cənub-Şərqi Asiyadan tələbələr axtarırıq" deyə, Yeni Zenlandiyanın Təhsil Nazirliyindən Culian Aşbi bildirir.

Rəqabətə baxmayaraq, bəzi ekspertlər Birləşmiş Ştatların bir daha beynəlxalq tələbələr üçün ən yaxşı seçim ola biləcəyinə inanır.

XS
SM
MD
LG