Accessibility links

ABŞ Talibanı Əfqanıstandan çarter reyslərin həyata keçirilməsinə icazə verməyə çağırır


Məzari Şərif aeroportu
Məzari Şərif aeroportu

ABŞ-ın dövlət katibi Antoni Blinken çərşənbə günü Talibanı Əfqanıstanı tərk etmək üçün çarter reyslərinin uçuşuna icazə verməyə çağırıb. Belə ki, amerikalıları və təhlükə riski ilə üzləşən əfqanları daşıyan təyyarələrin Məzari-Şərif Beynəlxalq Hava Limanında ilişib qaldıqları bildirilir.

"Hal-hazırda Taliban çarter reyslərin yola düşməsinə icazə vermir. Bəzi sərnişinlərin lazımi sənədlərinin olmadığını iddia edirlər" - deyə, Blinken Almaniyanın xarici işlər naziri Heiko Maasla birlikdə Almaniyadakı Ramstein Hava Bazasında keçirdiyi mətbuat konfransında bildirib.

"Əvvəl axır bu çarter reyslər oradan çıxmalıdır. Və buna əmin olmaq üçün hər gün çalışacağıq" - deyib Blinken.

ABŞ vətəndaşlarının və risk altında olan əfqanların Əfqanıstanın şimalındakı Məzari-Şərif hava limanında ilişib qaldıqlarına dair məlumatlar var. Çarter reyslərinin bəzi təşkilatçıları Dövlət Departamentini həmin təyyarələrin oradan çıxmaları üçün kifayət qədər iş görməməkdə günahlandırır.

ABŞ dövlət katibi Entoni Blinken və Almaniyanın xarici işlər naziyi Heiko Maas
ABŞ dövlət katibi Entoni Blinken və Almaniyanın xarici işlər naziyi Heiko Maas

Demokrat senator Riçard Blumental özünün Twitter səhifəsində yazıb ki, "Hökumətimizin gecikməsinə və hərəkətsizliyinə görə çox əsəbiləşdim, hətta qəzəbliyəm. Əfqanıstanlı müttəfiqlərimizin ilişib qalmalarına səbəb olan bürokratiyaya görə üçün cavabdeh axtarmağımıza çox vaxt olacaq".

ABŞ-ın Talibana daha çox iş görməsi üçün necə təzyiq göstərə biləcəyinə dair suala cavabında Ağ Ev rəsmiləri bunun bəzi məhdudiyyətlərinin olduğunu qəbul edib.

"Biz Ttyyarələrin qalxmasına törədilən maneəçilikdə rol oyanmırıq. Biz orada deyilik" - deyə Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə günü keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bir neçə təyyarədə bir neçə amerikalının habelə kimliyi müəyyən edilməyən və təhlükəsizlik yoxlanışından keçməyən yüzlərlə başqa insan var ki, bu da onların hara aparılmalı olduğu ilə bağlı "fundamental bir sual" doğurur.

"Biz kimliklərini bilmədiyimiz və ya təhlükəsizlik protokollarının tətbiq edilib-edilmədiyindən əmin olmadığımız yüzlərlə insanın ABŞ-ın hərbi bazasına enməsinə icazə verəcəkmiyik?" Psaki sual edib.

Vaşinqton Əfqanıstanı tərk etmək istəyən hər kəsin oradan təhlükəsiz şəkildə çıxmasını təmin etmək üçün verdiyi sözü yerinə yetirməyə və beynəlxalq tərəfdaşları ilə birlikdə Taliban üzərində təzyiqləri artırmağa çalışır.

XS
SM
MD
LG