Accessibility links

ABŞ-Taliban danışıqlarının "ən mühüm" raunduna start verilir


Qətərin paytaxtı Dohada şənbə günü ABŞ-la Taliban arasında sülh danışıqlarının yeni raundu başlayacaq. Rəsmilər bunu Əfqanıstanda 18 ildir davam edən danışıqlara son qoymaq üçün aparılan danışıqların “ən mühüm” mərhələsi adlandırıb.

Rəsmilər deyib ki, danışıqlaırn səkkizinci mərhələsinin sonunda sülh razılığı gözlənilə və xarici qüvvələri ölkəni tərk etməsinə gətirib çlxara bilər.

Ötən ildən bəri Taliban liderləri ilə bir sıra görüşlər keçirən ABŞ-ın Əfqanıstan üzrə sülh nümayəndəsi Zalmay Xəlilzad cümə gecə Dohaya çatıb.

Talibanla danışıqları bərpa etmək üüçn yenicə Dohaya enmişəm. Bİz ölkəni tərk etməklə bağlı razılıq deyil, sülh razılığı əldə etmək istəyirik – deyə, Xəlilxaz Twitter-də yazıb.

Danışıqlar barədə məlumatı olan iki mənbənin bildirdiyinə görə, avqustun 13-dək Talibanın təhlükəsiz zəmnatlərin ümqabilində xarici qüvvələrin Əfqanıstanı tərk erməsinə dair razılığın əldə olunacağı gözlənilir.

Hazırda ABŞ-ın başçılığı ilə NATO-nun əfqan qüvvələrinə təlim keçib, onlara yardım edib, məsləhətlər vermək missiyasının bir hissəsi olaraq Əfqanıstanda əksəriyyəti amerikalılar olmaqla təxminən 20 min xarici qoşun var.

Qatı islamçı Taliban qrupu Birləşmiş Ştatlar 2001-ci ildə bombalayıb hakimiyyətdən devirəndən bəri ən böyük əraziyə nəzarət edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada bəndin dağıdılmasından sonra 1500-ə yaxın insan təxliyə edilib
please wait

No media source currently available

0:00 0:12:19 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG