ABŞ və Taliban 18 il sürən müharibəyə son qoymaq üçün aparılan danışıqların 8-ci raundunu bitiriblər.
Qətərdə gedən doqquz-günlük danışıqlar bazar ertəsi yenkulaşdırılıb.
"İş çox detalları və effektiv olub. Hər iki tərəf növbəti addımları müzakirə etmək üçün liderlərlə məsləhətləşməyə qərar verib,” Taliban sözçüsü Zabihullah Mücahid bildirib.
Danışıqlar məhsuldar keçdi. Mən növbəti addımları müzakirə etmək üçün Vaşinqtona qayıdıram.Zalmay Xəlilzad, ABŞ elçisi
Heç bir tərəf əlavə detallara varmayıb.
“Biz avqustun 3-də başlanan da bışılqarın raundunu yekunlaşdrıdıq,” deyə ABŞ elçisi Zalmay Xəlilzad Tvitterdə yazıb. “Danışıqlar məhsuldar keçdi. Mən növbəti addımları müzakirə etmək üçün Vaşinqtona qayıdıram.”
Bundan öncə Taibanın siyasi sözçüsü Suheyl Şahin demişdi ki, amerikalılarla il boyu davam edən danışıqların bu raundunda razılığın əldə olunması gözlənilir.
Xəlilzad da danışıqlarla bağlı oxşar sentimentlər səsləndirmişdi.
“Ümid edirəm ki, bu, əfqanların müharibə dönəmində qeyd edəcəkləri sonuncu Qurban bayramı olacaq,” o yazmışdı. “Mən bilirəm ki, əfqanlar sülhə can atırlar.”
Vaşinqtonda Əfqanıstanda planlaşdırılan 28 sentyabr prezident seçkilərinədək sülh müqaviləsi əldə olunacağına ümidini ifadə edib.
Əgər əldə olunarsa, ABŞ-Taliban razılığı Talibanın nəzarət etdiyi ərazilərdən Amerikaya qarşı terror hücumu planlaşdırılmayacağına zəmanət müqabilində tədricən ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını nəzərdə tutur.