Accessibility links

Tramp ABŞ qüvvələrinin Suriyanın şimalından çıxarmaq qərarını müdafiə edib


Prezidenti Donald Tramp Birləşmiş Ştatların müttəfiqi, kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinə zərər vuracağı və İslam Dövləti terror qruplaşmasına qarşı mübarizəyə mənfi təsir göstərəcəyi ilə bağlı tənqidlərə baxmayaraq, ABŞ qüvvələrini Suriyanın şimalından çıxarmaq qərarını müdafiə edib.

"Bizim əsasən qəbilələr arasında gedən bu mənasız, sonu olmayan müharibələrdən çıxıb əsgərlərimizi evə qaytarmağın vaxtı çatıb" deyə, Tramp bazar ertəsi tvitində yazıb.

Bazar günü Ağ Evin açıqladığı bəyanatda İŞİD-i məğlub edən Birləşmiş Ştatlar silahlı qüvvələrinin artıq heç bir əməliyyata dəstək verməyəcəyi və heç bir əməliyyatda iştirak etməyəcəyi, ABŞ qüvvələrinın həmin ərazidə olmayacağı bildirilib.

Bəyanatdan bir neçə saat sonra kürdlərin Havar xəbər agentliyi Birləşmiş Ştatların bağrağı ilə zirehli texnikaları əks etdirən video yayımlayıb. Suriya Demokratik Qüvvələri Birləşmiş Ştatları Türkiyə-ABŞ razılaşması çərçivəsində öz öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb.

Bazar ertəsi Ankarada jurnalistlərə verdiyi açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatların hərbi qüvvələrini Suriyadan çıxarması ilə əlaqədar Trampla telefon danışığını təsdiqləyib.

"Bu mövzuya gəldikdə, axşam bu mövzuda danışandan sonra ABŞ prezidenti Donald Trampın dediyi kimi, qoşunlar geri çəkilməyə başladı. İndi həmkarlar öz işlərini davam etdirir və bunu davam etdirəcəklər" - deyə, Ərdoğan bildirib.

Tramp administrasiyası Türkiyənin Suriyanın şimalında tezliklə hücum planını reallaşdıracağını deyib. Suriya Demokratik Qüvvələri isə belə bir planın İslam Dövləti qrupuna qarşı mübarizəyə mənfi təsir göstərəcəyini bildirib.

Türkiyə Suriya ilə sərhədindəki Akçakale bölgəsinə əlavə qoşun və hərbi texnika toplayır. Oktyabrın 5-də Türkiyə prezidenti türk qoşunlarının Fərat çayının şərqində hərbi əməliyyata başlamağa hazır olduğunu deyib.

XS
SM
MD
LG