Accessibility links

ABŞ terrora qarşı yeni strategiya açıqladı, hədələr sırasında İran qeyd olunur


ABŞ terrorizmə qarşı mübarizədə yeni strategiya açıqlayıb. Strategiyanın kökündə bütün səviyyələrdə mövcud olan təhlükə mənbələrinə qarşı mübarizə dayanır.

Tramp administrasiyasının açıqladığı yeni sənəd terrora qarşı mübarizənin hədəfləri kimi İŞİD-dən tutumuş İran İslam Respublikasınadək bir çox qüvvələri müəyyən edir.

Millətimiz müharibə şəraitindədir. Və bu, Birləşmiş Ştatların qalib gələcəyi müharibədir.

“Millətimiz müharibə şəraitindədir,” sənəddə deyilir. “Və bu, Birləşmiş Ştatların qalib gələcəyi müharibədir.”

“Bu gün bizim ölkə İŞİD və Əl-Qaida kimi terror qruplarına qarşı fiziki və virtual döyüş meydanlarında savaşır,” deyə Daxili Təhlükəsizlik Naziri Kirstyen Nielson açıqlamada bəyan edib.

Yeni strategiya detallara varmasa da, özündə daha aqerssiv və daha geniş yanaşma ehtiva edir.

“Biz dərk edirik ki, üzləşdiyimiz terrorçu ideologiyasıdır,” deyə milli təhlükəsizlik müşaviri Con Bolton Ağ Evdə müxbirlərə bildirib. “Prezidentin baxışı budur ki, ideoloji mübarizədə olduğumuzu dərk etmədən, terror təhlükəsinə qarşı düzgün mübarizə apara bilmərik.”

Milli Təhlükəsizliki Müşaviri Con Bolton Ağ Evdə müxbirlərlə danışır.
Milli Təhlükəsizliki Müşaviri Con Bolton Ağ Evdə müxbirlərlə danışır.

Bolton ABŞ-ın üzləşdiyi transmilli terror təşkilatları sırasında İŞİD və Əl-Qaidanı qeyd edib.

Eyni zamanda Bolton İranın ünvanına sərt ifadələr işlədərək İslam Respublikasını “1979-cu ildən bəri terrorizmin başlıca dövlət sponsoru” adlandırıb.

“İranın sponsorluq etdiyi Hezbollah, Həmas və Fələstin İslam Cihadı qrupları Birlşmiş Ştatlar və onun maraqlarına hədə törətməkdə davam edir,” Bolton bəyan edib.

Prezidentin baxışı budur ki, ideoloji mübarizədə olduğumuzu dərk etmədən, terror təhlükəsinə qarşı düzgün mübarizə apara bilmərik.

Boltonun sözlərinə görə, Prezident Donald Trampın əks-terrorizm strategiyası və bura İranın daxil edilməsi öncəki milli əks-terrorizm strategiyasından xeyli fərqlənir.

2011-ci ildə o vaxtkı prezident Barak Obamanın yürütdüyü əks-terrorizm strategiyası yalnız Əl-Qaida üzərində cəmləşərək ABŞ-ın başqa qruplaşmalarla mübazirə apardığını arxa plana çəkirdi.

XS
SM
MD
LG