ABŞ-ın cənub-qərb Texas ştatının Hyuston şəhərinə Çin konsulluğuna bağlanması üçün göstəriş verib.
Çərşənbə günü səhər Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus tərəfindən verilən açıqlamada konsulluğun bağlanması göstərişinin "Amerikanın intellektual gücünü və şəxsi məlumatlarını qorumaq üçün" verildiyi bildirilib.
Ortaqus deyib ki, ABŞ Çin Xalq Respublikasının suverenliyi pozmaq və Amerika xalqını qorxutmaq cəhdlərinə dözümsüzlük nümayiş etdirəcək. Amerikalıların işlərini itirməsi və digər qəbuledilməz əməllərinə görə ədalətsiz ticarət razılığını qəbul etməməsi kimi.
Çin konsulluğu cümə gününə qədər bağlamaq məcburiyyətindədir.
Pekində jurnalistlərlə görüşən Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Hyuston konsulluğunun bağlanması əmrinin "Çinə qarşı atılan son addımların görünməmiş dərəcədə artmasıdır" deyib.
Vanq ABŞ-ı Çinin diplomatik və konsulluq işçilərini təqib etməkdə, eləcə də çinli tələbələri qorxutmaqda və şəxsi elektron cihazlarını müsadirə etməkdə, hətta nəzarət altına almaqda ittiham edib.
Vanq Tramp administrasiyası bu kimi hərəkətlərinə son qoymazsa, Çinin ona lazımi cavab verəcəyi barədə xəbərdarlıq edib.