Accessibility links

ABŞ tibetlilər və uyğurlara qarşı rəftara görə Çinə təzyiqləri nə üçün artırır?


Fəallar Los-Ancelesdə Çin Konsulluğu qarşısında Çində insan haqlarının vəziyyəti ilə bağlı narahatlıqlara görə 2022-ci il Pekin Qış Olimpiya Oyunlarını boykot etməyə çağırır, 3 noyabr, 2021.
Fəallar Los-Ancelesdə Çin Konsulluğu qarşısında Çində insan haqlarının vəziyyəti ilə bağlı narahatlıqlara görə 2022-ci il Pekin Qış Olimpiya Oyunlarını boykot etməyə çağırır, 3 noyabr, 2021.

İnsan haqları fəalları ABŞ-ın Çinin Tibet və Sincan regionlarında davranışına diqqəti artırdığını alqışlayaraq, Pekinə qarşı təzyiqlərin insan hüquqlarını müdafiə edən qruplar tərəfindən fəaliyyətlər nəticəsində artdığını irəli sürür.

Hüquq müdafiəçiləri Konqresdə qanunun qəbul edilməsi, Qış Olimpiya Oyunlarının diplomatik boykotu və 2021-ci ilin sonunda məsələ ilə əlaqədar rəsmi nümayəndənin təyin edilməsinin ABŞ-ın Çinin bu regionlarına diqqətini artırmasının göstəricisi olduğunu hesab edir.

Çinin şimal-qərbindəki Sincan bölgəsində müsəlman uyğurlar və Himalay bölgəsindəki tibetlilər son yarım əsrdə din azadlığı və yerli mədəniyyətlərini saxlamaq kimi məsələlərlə bağlı kommunist hökumətlə mübarizə aparır.

Fəallar Romada Kolizey qarşısında aksiya keçirərək, G-20 liderlərini Çinin Tibet, Uyğur müsəlmanlar və Honq Konqa qarçl hərəkətlərinə görə Pekində 2022-ci il Qış Olimpiya Oyunlarını boykot etməyə çağırıb, 29 oktyabr 2021-ci il.
Fəallar Romada Kolizey qarşısında aksiya keçirərək, G-20 liderlərini Çinin Tibet, Uyğur müsəlmanlar və Honq Konqa qarçl hərəkətlərinə görə Pekində 2022-ci il Qış Olimpiya Oyunlarını boykot etməyə çağırıb, 29 oktyabr 2021-ci il.

“Şərqi Türküstanda (Sincan) humanitar böhrana diqqət yetirmək Amerikanın milli maraqlarına cavab verir və Amerika dəyərləri və uyğurlarla olduğu kimi insanlığa qarşı cinayətlər baş verdikdə fəaliyyət göstərmək çağırışı etmək ənənələrinə uyğundur”, Dünya Uyğur Konqresinin sürgündəki uyğur qrupları təşkilatının nümayəndəsi Dilksat Raksit deyib.

“Digər liberal demokratik digər ölkələr kimi amerikalılar da Holokost, indi isə uyğurlar kimi həssas dini və etnik qrupların vəhşi cinayətlərin qurbanına çevrilməsinə “bir daha heç vaxt” icazə verməmək andı veriblər” - deyə o bildirib.

Bir çox xarici hökumətlər və insan haqları müdafiəçiləri Çinin 1 milyondan çox uyğuru həbs düşərgələrinə göndərdiyini bildirir.

Pekin bu düşərgələri dini ekstremizmin və terror aktlarının yayılmasının qarşısını almaq üçün nəzərdə tutulmuş “peşə təhsili mərkəzləri” adlandırır.

Çinin 1951-ci ildə dini və etnik cəhətdən fərqli Tibet bölgəsinin nəzarətini ələ almasından sonra Pekin Buddist monastırlar üzərində nəzarəti gücləndirib və Tibet dilində deyil, Çin dilində təhsil tətbiq edir. Bu siyasətləri tənqid edənlər adətən həbs edilir və uzunmüddətli həbs cəzası ala bilərlər.

Son beş ildə Vaşinqton Çini Honq-Konqda Pekin əleyhinə fəaliyyətlərə qoyulan məhdudiyyətlər və Xalq Azadlıq Ordusunun Tayvanın hava məkanında uçuşlarına görə tənqid edib.

ABŞ prezidenti Co Bayden Pekində Qış Olimpiya Oyunlarının diplomatik boykotunu elan edərkən Çinin uyğurlara rəftarı məsələsinə toxunub.

Dekabrın 23-də Bayden uyğurların məcburi əməyinin qarşısının alınması haqqında hər iki partiya tərəfindən dəstəklənən qanunu imzalayıb. Qanun layihəsi Sincanda “məcburi əməyin tətbiqi yolu ilə istehsal olunan malların ABŞ bazarına daxil olmadığını təmin etmək” üçün nəzərdə tutulub.

ABŞ Dövlət Katibi Antoni Blinken dekabrın 20-də insan haqları məsələləri ilə məşğul olan müşaviri Uzra Zeyanı eyni zamanda ABŞ-ın Tibet məsələləri üzrə xüsusi koordinatoru vəzifəsinə təyin edib.

Dövlət Departamentinin veb saytında deyilir ki, ABŞ-ın xüsusi koordinatoru insan haqları məsələlərini vurğularaq, “tibetlilərin insan hüquqlarının inkişaf etdirilməsi” və “onların dini, dil və mədəni kimliyini qoruyub saxlamağa kömək etmək” səylərinə rəhbərlik edəcək.

Qanunvericilər dekabrın əvvəlində Baydeni tibetlilərin hüquqlarının müdafiəsi məsələsinin gündəmdə yer almasını təmin etmək üçün Tibetin mənəvi lideri Dalay Lama ilə görüşməyə çağırıb.

Arxiv fotosu - Tibetlilər, uyğurlar və Honq Konqda demokratiya tərəfdarlarını dəstəkləyən nümayişçilər Çin Kommunist Partiyasına qarşı etiraz aksiyasında iştirak edərək, Londonda Çin səfirliyinə doğru yürüş edir, 1 oktyabr 2021-ci il.
Arxiv fotosu - Tibetlilər, uyğurlar və Honq Konqda demokratiya tərəfdarlarını dəstəkləyən nümayişçilər Çin Kommunist Partiyasına qarşı etiraz aksiyasında iştirak edərək, Londonda Çin səfirliyinə doğru yürüş edir, 1 oktyabr 2021-ci il.

Taypeydə Çençi Universitetinin diplomatiya kafedrasının dosenti Huang Kwei-bo müsahibəsində Baydenin Tibet və Sincana diqqətinin ABŞ-ın ənənəvi siyasətinə uyğun olduğunu, lakin buna həm də Amerika insan haqları qruplarının “daxili lobbiçiliyi” tərəfindən təkan verildiyini bildirib.

Tələbələr Azad Tibet üçün kampaniyasının direktoru Pema Doma Bayden hökumətinin Tibet və Sincana artan diqqətinin Çini müşahidə edən müdafiə qruplarının fəaliyyətinin nəticəsi olduğunu bildirir.

“Bu, həqiqətən də insan haqları müdafiəçilərinin, çox şeydən keçmiş və hələ də Çin hökumətinə qarşı çıxmağa davam edəcək qədər cəsarətli olanların mübarizəsidir”, Doma Amerikanın Səsinə bildirib.

Doma bildirib ki, Azad Tibet üçün tələbələr Baydendən tibetlilərin və uyğurların Çin mədəniyyətinə məcburi assimilyasiyasına qarşı çıxmasını istəyirlər.

Çin rəsmiləri əvvəllər olduğu kimi indi də ABŞ-ın ölkənin qərb bölgələri ilə bağlı addımlarını müdaxilə kimi rədd edir.

Çinin rəsmi Sinxua xəbər agentliyi ABŞ-ın Sincanla bağlı sanksiyalara dair qanun layihəsini “tamamilə çirkin yalan” adlandırıb və bunun “geniş yurisdiksiya vasitəsilə Çinin daxili işlərinə növbəti ümidsiz müdaxilə cəhdindən başqa bir şey olmadığını” bildirərək tənqid edib.

XS
SM
MD
LG