Accessibility links

Blinken: ABŞ Rusiya ordusunun Ukrayna sərhədi yaxınlığındakı fəaliyyətindən narahatdır


ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü deyib ki, ABŞ Rusiya ordusunun Ukrayna sərhədi yaxınlığındakı fəaliyyətindən narahatdır.

“Rusiyanın qeyri-adi hərbi fəaliyyəti ilə bağlı xəbərlərdən narahatıq” deyə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşdən sonra Blinken Dövlət Departamentində bildirib və əlavə edib ki, ABŞ Rusiyanın fəaliyyətini “çox yaxından izləyir”.

“Həmişə olduğu kimi, bu məsələ ilə bağlı müttəfiqlər və tərəfdaşlarla da yaxından məsləhətləşmələrə davam edəcəyik. Aydın şəkildə dediyimiz kimi, hər hansı eskalasiya və ya təcavüzkar hərəkət ABŞ-ı çox narahat edəcək” - deyə, Blinken bildirib.

O, ABŞ-ın iki ölkə arasında gərginliyi azaltmağa çalışdığını deyib.

ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba
ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba

İkitərəfli görüş zamanı Ukraynanın enerji təchizatının təmin edilməsi də müzakirə olunub və rəsmilər ABŞ-Ukrayna Strateji Tərəfdaşlıq Xartiyası sənədini imzalayıb.

Blinkenin Rusiyanın hərbi fəaliyyəti ilə bağlı dedikləri Pentaqon tərəfindən də dəstəklənib.

Pentaqonun mətbuat katibi Con Kirbi çərşənbə günü jurnalistlərə "Bu, bizim diqqətimizdədir, bununla bağlı şübhə ola bilməz" deyib.

"Həmişəki kimi Rusiya daxilində hərbi fəaliyyətləri izləməyə davam edirik, lakin Ukrayna sərhədləri yaxınlığında qeyri-adi hərbi fəaliyyət bizi narahat edir" - deyə, Kirbi bildirib.

O, “Rusiyanın niyyətinin nə olduğu dəqiq bəlli deyil və biz hər hansı bir fəaliyyətin dünyanın onsuz da gərgin olduğu bu hissəsində sabitliyi daha da pozduğunu görmək istəmirik" deyə, əlavə edib.

2014-cü ildə Moskvanın Krımı ilhaq etməsindən bəri Rusiya tərəfdarı separatçılarla Ukrayna ordusu qarşıdurma vəziyyətindədir.

Bu ilin əvvəlində zorakılıqların artmasının ardınca Rusiyanın yaz aylarında Ukrayna sərhədlərinə 100 minə yaxın əlavə əsgəri qüvvə yerləşdirməsi eskalasiyanın güclünməsi ilə bağlı qoxuların artmasına səbəb olmuşdu. Kiyevin Qərbdəki müttəfiqlərinin təzyiqi altında Moskva sonradan geri çəkildiyini elan etmişdi.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG