Accessibility links

Bayden ABŞ-ın Ukraynaya əlavə maliyyə yardımı ayıracağını elan edib


ABŞ-ın vitse-prezidenti Co Bayden Rusiyanı Ukraynada böhranın həlli ilə bağlı bu yaxınlarda əldə edilmiş razılığa əməl etməyə çağırıb.

Ukraynanın müvəqqəti hökumətinin Baş naziri Arseni Yatsenyukal birgə mətbuat konfransında danışan Co Bayden deyib ki, Rusiyanın Cenevrədə beynəlxalq danışıqlar zamanı Rusiya tərəfdarı separatçı qüvvələrə dəstəyi geri çəkməklə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməsinin vaxtı gəlib çatıb.

Vitse-prezident Bayden Ukraynanın bütöv bir ölkə kimi qalmalı olduğunu və ABŞ-ın bu yolda ölkəyə kömək edəcəyini deyib.

Co Bayden ABŞ-ın Ukrayna hökumətinə 50 milyon dollar məbləğində əlavə yardım ayıracağını elan edib. Bunun 11 milyonu mayın 25-də prezident seçkisinin keçirilməsinin maliyyələşdirilməsinə yardım məqsədilə ayrılır.

Ağ Ev açıqladığı bəyanatda Birləşmiş Ştatların Kiyevə kommunikasiya avadanlığı və nəqliyyat vasitələri də daxil olmaqla qeyri-hərbi yardım ayıracağı bildirilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG