Accessibility links

ABŞ Ukraynaya 2 milyon doza Moderna peyvəndi ianə edib


ABŞ qlobal COVAX proqramı vasitəsilə Ukryanaya 2 milyon doza COVID-19 peyvənd ianə edib. Ukraynanın Səhiyyə naziri Viktor Lyaşko iyulun 18-də Moderna peyvəndinin qarşıdakı günlərdə tətbiq ediləcəyini bildirib.

Peyvəndin tətbiqi üçün ilk olaraq üstünlük 50-dən çox işçisi olan şirkətlər, müəllimlər və təhsil işçiləri, hüquq-mühafizə orqanları, tibb işçiləri kimi şəxslərə veriləcək.

“ABŞ Ukraynaya 2 milyon doza Moderna peyvəndi bağışladı. Bu addım ABŞ-ın qlobal COVID-19 pandemiyasını məğlub etmək öhdəliyini vurğulayır” - deyə, ABŞ Dövlət katibi Antoni Blinken Twitter-də yazıb.

ABŞ əczaçılıq şirkəti Moderna tərəfindən hazırlanan peyvəndin təxminən dörd həftə aralığı ilə iki dozada vurulması tələb olunur.

Ukrayna fevral ayının sonlarında başlatdığı milli peyvəndlənmə kampaniyasına çərçivsində indiyə qədər təxminən 4 milyon doza tətbiq edib.

Bu da təxminən 1,4 miliyon şəxs və ya əhalinin 3 faizi deməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG