Accessibility links

ABŞ Ukraynaya 250 milyon dollarlıq yardımı bərpa edib


ABŞ-ın Müdafiə Departamenti Ukraynaya ötən il dondurulmuş milyonlarla dollarlıq hərbi yardımın bərba olunacağını açıqlayıb. Bu məsələ prezident Donald Trampın impiçmentinin diqqət mərkəzində idi.

Pentaqon 250 milyon dolların "Ukraynanaya Rusiyanın təcavüzünə qarşı özünü daha yaxşı qorumaq üçün potensialını gücləndirmək məqsədi ilə təlim, avadanlıq və məsləhət" sahəsində yardım etmək məqsədi daşıdığını bildirib.

Pentaqondan verilən açıqlamada yardımın ABŞ və Ukrayna arasındakı uzun müddətdir davam edən müdafiə əlaqələrini bir daha təsdiqlədiyini və ölkənin "Rusiya ilə strateji rəqabət cəbhəsində kritik tərəfdaş" olduğu bildirib.

Pentaqonun bəyanatında həmçinin bildirir ki, bu dəstək NATO-nun Kiyevə təhlükəsizlik yardımına əlavə olacaq və ABŞ-ın Ukrayna hökumətinin orduda lazımi islahatları həyata keçirdiyini təsdiqləməsindən sonraya təsadüf edir.

Bəyanatda deyilir ki, Ukrayna son bir ildə orduya vətəndaş nəzarətininin gücləndirilməsi, idarəçilik strukturlarında islahatların aparılması və korrupsiyanın azaldılması üçün "əhəmiyyətli addımlar" atıb.

Moskva 2014-cü ildə Krım Yarımadasına koşun göndərib, nəzarəti ələ keçirəndən və orada azı 100 ölkənin qeyri-qanuni hesap etkiyi referendum keçirəndən bəri Birləşmiş Ştatlar və Qərb ölkələri Ukrayna ordusuna dəstəyi artırıb. Moskva Ukraynanın şərqində 2014-cü ilin aprel ayından bəri 13 min insanın ölümünə səbəb olan müharibədə separatçıları dəstəkləyir.

Pentaqonun bəyanatında deyilir ki, Birləşmiş Ştatlar bütün müttəfiqlərini və tərəfdaşlarını Ukraynanın təhlükəsizliyi və müdafiəsinə yardımı artırmağa çağırır.

Tramp keçən il noyabrda keçiriləcək prezident seçkilərində Demokrat partiyasından olan namizəd, keçmiş vitse-prezident Co Baydenin araşdırılması üçün Ukrayna hökumətindən kömək istəyərkən göndərilməsi nəzərdə tutlan yüz milyonlarla dollarlıq hərbi yardımı dondurmuşdu.

Demokratlar bu tələbin hərbi yardım qarşılığında edildiyini deyərək, Trampın səlahiyyətindən sui-istifadə etdiyini deyərək ona qarşı impiçment araşdırması başlatmışdı. Lakin o, bu ilin əvvəlində Senat tərəfindən bəraət alıb.

XS
SM
MD
LG