Accessibility links

ABŞ-ın kollec və universitetlərində təhsil alan xarici tələbələrin sayı kəskin şəkildə azalıb


2020-ci ilin sentyabrında başlayan tədris ili üçün ABŞ-ın kollec və universitetlərində təhsil alan xarici tələbələrin sayı kəskin şəkildə azalıb. Mütəxəssislər bunu COVID-19 pandemiyası ilə əlaqələndirir.

ABŞ-ın 3000-ə yaxın ali təhsil müəssisəsində aparılan rəy sorğusu 2020-2021-ci tədris ilində beynəlxalq tələbələrin sayında 15% azalma olduğunu göstərib. Yeni tələbələrin sayı 45,6% azalıb.

2015-2016-cı tədris ilindən bəri ilk dəfə olaraq beynəlxalq tələbələrin ümumi sayı 914,095-ə çatıb ki, son on ildir sürətli artımdan sonra bu rəqəm 1 milyondan aşağı düşüb.

Beynəlxalq tələbələr ABŞ-ın ali tədris müəssisələrində təhsil alan 20 milyona yaxın tələbənin 4,6%-ni təşkil edir.

Çin və Hindistandan gələn tələbələrin sayı ABŞ kollec və universitetlərinə qəbulda üstünlük təşkil etməkdə davam edir. Onlar ABŞ-da təhsil alan bütün beynəlxalq tələbələrin yarıdan çoxunu təşkil edir.

Çindən gələn tələbələrin sayı əvvəlki illə müqayisədə 14,8% azalaraq 317299 nəfərə düşüb ki, bu, bütün beynəlxalq tələbələrin 34,7%-i deməkdir.

Hindistandan olan tələbələr isə əvvəlki illə müqayisədə 13,2% azalaraq 167 583 nəfər olub. Bu isə beynəlxalq tələbələrin 18,3%-dir.

Pandemiya 2019-cu ilin dekabrında Çindən yayılıb. Beynəlxalq tələbələr qış tətilində ABŞ-ı tərk edərək öz ölkələrinə qayıdıb. Bir çoxu 2020-ci ilin yanvarında ABŞ kampuslarına dönüb. 2020-ci ilin martında, yaz tətili zamanı kampuslar bağlanıb, kollec və universitetlərin dərsləri onlayn-a keçdiyinə görə tələbələr ya evlərinə dönməli olub, ya da ABŞ-da qalıb.

Tədqiqat baş ofisi Nyu Yorkda yerləşən Beynəlxalq Təhsil İnstitutu (IIE) tərəfindən aparılıb və noyabrın 15-də dərc edilib. 1919-cu ildə əsası qoyulan IIE ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən qeyri-kommersiya təşkilatıdır. “Beynəlxalq tələbə mübadiləsi və yardım, xarici məsələlər, beynəlxalq sülh və təhlükəsizlik” - deyə, təşkilatın internet səhifəsində qeyd olunub.

Nyu York Universiteti ABŞ-ın bütün kollec və universitetləri arasında beynəlxalq tələbələr üçün ən yaxşı təhsil ocağı olaraq qalır. NyuYork ştatı 132758 xarici tələbə qəbulu ilə birinci yerdə olan Kaliforniyadan sonra 106894 tələbə ilə ikinci yerdədir. Nyu Yorkdakı Kolumbiya Universiteti Cənubi Kaliforniya Universitetini geridə qoyaraq, üçüncü yerə keçib. Kaliforniyanın San-Diyeqo, Los-Anceles, Berkli, İrvin və Davisdəki Universitetinin kampusları ilk 18-ə daxil edilib.

Bostondakı Şimal-Şərq Universiteti beynəlxalq tələbələrin ikinci ən populyar təhsil ocağı idi. Burada 66273 tələbənin 15880-ni təhsil alıb.

Beynəlxalq Təhsil İnstitutu 2021-ci ilin avqust və sentyabr aylarında başlayan tədris ili üçün qeydiyyatla bağlı 860-dan çox qurumun nəticələrini açıqlayıb.

“ABŞ-ın ali təhsil müəssisələri xaricdən və ya onlayn vasitəsilə bu ölkədət əhsil alan yeni beynəlxalq tələbələrin sayının 46%-dən 68%-ə yüksəldiyini bildirir“ - deyə, Beynəlxalq Təhsil İnstitutu bildirib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG