Birləşmiş Ştatların orta-qərb bölgələrində çox sayda ev yararsız hala süşüb, əsasən də çaya yaxın yerlərdə. Güclü yağışlar, temperaturun dəyişməsi və qarların sürətlə əriməsinə, bu isə yolların, kənd təsərrüfatı sahələrinin və evlərin sulara qərq olmasına səbəb olub. Rik Eppinbaq: “Mənim evim təpəlikdə yerləşir.”
Rik Eppinbaq sel haqda hər şeyi bildiyini düşünürdü. O, Hərbi Dəniz Qüvvələrində qulluq edib və hazırda problemli yeniyetmələrlə işləyir. Lakin o belə hadisələrə hazırlıqlı deyildi. “Mən həmişə möhkəm insan olmuşam, hərbi qulluqda da, küçədə uşaqlarla oynayanda da. Mən özüm küçə uşağı olduğumu deyə bilərəm. Yəni mən güclü insan olmuşam. Amma belə bir şeyi yaşamaq çox çətindir.”
Eppinbaq qarların sürətlə əriməsinin yarım saat ərzində bu gölün yaranmasına səbəb olduğunu və suyun tez bir zamanda onun evinin ətrafında olan əkin sahələrini basdığını deyir. Rik Eppinbaq, həyat yoldaşı və itləri evakuasiya olunub. Lakin onlar orada qalan iki atından narahatdır. “Bizi qayıqlara mindirib apardılar. Lakin atlarımın nə ölüsünü, nə də dirisini gərən olmayıb.”
Sel başlayandan bəri Eppinbaq evinə ikinci dəfədir gedir. Bu onun sevdiyi evidir. “Biz bu evi 6 il yarım əvvəl, uşaqlar köçdükdən sonra almışıq. Gecələr parlaq ulduzların altında həyətdə oturardım. İtlər ətrafda dolanardı. Biz bütün bunları yenidən bərpa edəcəyik.”
Gördüyünüz kimi su xeyli qalxıb. 1924-cü ildə fermada tikilən bu ev daşqınlara qədər heç vaxt zədələnməmişdi. “Biz bütün döşəməni və divarları sökməli, təməl möhkəmdirsə bunları qurutmalıyıq. Yəni burada olanları təkrarən yerinə qoymalıyıq” - deyə, Rik Eppinbaq bildirir.
Yəqin ki, bəzi şeylər dəyişməli olacaq.
Su qalxmamış Rik Eppinbaq bəzi əşyaları götürüb getmək məcburiyyətindədir. Hazırda isə o, həyat yoldaşı və itləri ilə birlkdə müvəqqəti olaraq müdirinin evində yaşayır.
Bu ərazidə selə qarşı sığorta çox baha olduğu üçün heç kimin sığortası yoxdur. Eppinbaq evini yenidən bərpa etmək üçün azı bir ilə yaxın vaxt gərək olacağını deyir.