Accessibility links

ABŞ və Çin arasında gərginlik Silikon Vadisinin əlaqələri ilə bağlı narahatlıqlar yaradır


ABŞ və Çin arasında gərginlik Silikon Vadisinin əlaqələri ilə bağlı narahatlıqlar yaradır
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Son illərdə Silikon Vadisi və Çin sərmayələr, ticarət və tərəfdaşlıq nəticəsində münasibətlərini möhkəmlədiblər.

Lakin bu münasibətlər dəyişə bilər.

ABŞ iddia edir ki, Çin ədalətli olmayan ticarət praktikası nəticəsində sürətli artıma nail olub. Çin smartfon istehsalçısının aparıcıəməkdaşının ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğuna görə Kanadada həbs edilməsi isə texnologiya icmasını daha həssas etdi.

Stenli Kvonq, San Fransisko Universiteti: “Bu insanlar səyahət etdikləri zaman həbs edilə biləcəkləri ehtimalına görə narahat olmağa başlayıblar. Bu həm Çində, həm də ABŞ-da çox danışılır.”

Problemlər illər ərzində artmağa davam edirdi. Hətta Çin şirkətlərinin və investorlarının Silikon Vadisində nümayəndəliklər açmasından sonra belə, Çində fəaliyyət göstərən ABŞ texnologiya liderləri intellektual mülkiyyət oğurluğu və dürüst olmayan biznes yanaşmaya görə Çini tənqid etməyə davam ediblər. Prezident Tramp da bu mövzuda Çinin açıq tənqidçisi olub.

Şon Randolf, İqtisadi ekspert: “Münasibətlər tələb olan səviyyədə qarşılıqlı deyil. Bu daha çox Çinin texnoloji liderliyi məqsədilə xarici şirkətlərdən qeyri-könüllü yolla texnologiyanın götürülməsidir.”

Silikon Vadisinin san zamanlardakı sürətli artımına yardım edən Çin pullarının axını kəsilə bilər. Səbəblərdən biri xarici sərmayələrin və strateji əhəmiyyətli texnoloji şirkətlərin alınması razılıqlarına nəzarətlə bağlı yeni ABŞ qanunudur.

Zioaua Yanq, San Fransisko Universiteti: “Əsas narahatlıq Silikon Vadisinin texnoloji inkişafına yardım edə biləcək Çin investorlarının sərmayələrinin azala biləcəyidir.”

Qanunvericilər Çin bazarını ələ keçirmək istəyən və ya Çin sərmayəsi üçün yarışan ABŞ şirlətlərinin texnologiyalarının qlobal səhnədə ABŞ-ın əsas rəqibi olan Çin hökuməti tərəfindən ələ keçirilməsindən narahatdırlar.

ABŞ texnologiya liderləri üçün dəyişən iqlim onların daha ehtiyatlı olmalı olduqları ilə bağlı bir siqnaldır.

Stenli Kvonq: “Sən Çində iş görmək istəyirsənsə, sən istehlak məhsulları düzəldirsənsə, burada problem yoxdur. Amma güman edək ki, siz süni zəka ilə çalışırsınız. Bu halda siz dəqiq nə etdiyinizi bilməlisiniz.”

Vaşinqton və Pekin arasında gərginlik artsa, Silikon Vadisinin açıqlığı zərər çəkəcək şeylərdən biri olacaq.

Şon Randolf: “Siyasi narahatlıqlar daha çox Vaşinqtonda və ictimai siyasətdə mövcuddur. Amma 2019-cu ilə və daha irəliyə baxsaq görəcəyik ki, onların açıq bazarlara, açıq platforma fəlsəfəsinə müdaxilə edəcəyi qaçılmazdır.”

Ekspertlər deyir ki, Çin oyun qaydalarına riayət etsə Silikon Vadisi bundan qazana bilər. Bununla bərabər, qeyri-müəyyənliklər artmağa davam edir.

XS
SM
MD
LG