Accessibility links

ABŞ və Çin liderləti ticarət danışıqlarının bərba edilməsi haqda razılıq əldə ediblər


Donald Tramp Şi Tsinpin ilə ABŞ və Çin arasında dayandırılmış ticarət danışıqlarının bərpası ilə nəticələnən görüşdən sonra Çinə qarşı yeni tariflərin tətbiqini təxirə saldığını bildirib.

Şənbə günü Yaponiyanın Osaka şəhərində Böyük 20-lik sammitinin bağlanışı zamanı yekun mətbuat konfransında çıxış edən Tramp bildirib ki, o, Amerika şirkətlərinə Huawei şirkətinə məhsul satmağa icazə verəcək. Xatırladaq ki, ABŞ kəşfiyyat agentlikləri Çinin telekommunikasiya nəhəngi olan Huawei-i ABŞ-ın milli təhlükəsizliyinə hədə ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

ABŞ Huawei şirkətinin ölkənin 5G telefon şəbəkəsinin qurulması prosesindən uzaqlaşdırmaq istəyir. Mətbuat konfransında bildirildi ki, bu şirkətlə bağlı problemlərin müzakirəsi Vaşinqtonla Pekin arasında keçirilən ticarət danışıqlarının sonunda keçiriləcəyi ilə bağlı razılıq əldə olunub.

Bütün bunlara baxmayaraq, Çin tərəfi indiyədək Tramp administrasiya tərəfindən tətbiq edilən sanksiyalardan azad edilməyib.

Prezident Şi isə öz növbəsində bildirib ki, “həm Çin, həm də Birləşmiş Ştatlar əməkdaşlıqdan qazanır və konfrontasiyadan itirir.”

XS
SM
MD
LG