Accessibility links

ABŞ və Çin müdafiə nazirləri iki ölkə arasında gərginliyin artdığı bir zaman görüş keçiriblər


ABŞ müdafiə naziri əvəzi Partik Şanahan və onun çinli həmkarı Vey Fenxe

ABŞ müdafiə naziri əvəzi Partik Şanahan və onun çinli həmkarı Vey Fenxe cümə günü Sinqapurda görüş keçirərək, iki ölkə arasında hərbi münasibətlərin qurulmasını müzakirə ediblər. Bu görüş Şanahanın Çinin addımlarını tənqid etdiyi bir zaman keçirilir.

Hər iki rəsmi hər il baş tutan Şangri-La müdafiə forumu çərçivəsində, ABŞ və Çin arasında ticarət və təhlükəsizlik mövzusunda gərginliyin artdığı bir dövrdə görüşüblər

Görüşdən öncə müxbirlərlə söhbəti zamanı Şanahan deyib ki, o, Çinin Cənub Çin Dənizindəki adalar məsələsində həddindən artıq hərbiləşməsini şənbə günü edəcəyi çıxışında vurğulayacaq.

Çin mübahisəli ərazilərdə bir neçə yer-hava raketləri yerləşdirib və hərbi təyyarələr üçün uzun uçuş zolağı tikib.

Cümə günü keçirilən 20 dəqiqəlik görüş zamanı iki rəsmi “yanlış analışmalar və yanlış təxminlər riskinin azaldılması” yollarını müzakirə ediblər. Bu barədə Şanahanın sözçüsü bildirib.

ABŞ və Çinin müdafiə liderləri həm də BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı qətnaməsinin icrasında daha effektiv əməkdaşlığı müzakirə ediblər. Şanahan deyir ki, bu məsələdə Çinin səyləri indiyədək çox faydalı olub.

2011-ci ildən bəri ilk dəfədir ki, Çinin müdafiə naziri bu konfransda iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Fransa etirazlarında Bordeaux bələdiyyə binası yandırılıb
please wait

No media source currently available

0:00 0:11:06 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG