Accessibility links

ABŞ və Çinin yüksək səviyyəli diplomatları arasında görüş zamanı açıq şəkildə qarşıdurma baş verib


Bayden administrasiyasnın Çinlə ilk yüksək səviyyəli danışıqları cümə günü gərgin formada baş tutub. Hər iki tərəfin bir-birinin siyasətinə yönəlik sərt tənqidləri qarşılıqı gərginliyə səbəb olub.

ABŞ rəsmilərinin müttəfiqləri Yaponiya və Cənubi Koreyaya səfərlərinin ardınca Alyaskanın Ankoric şəhərində keçiriləcək görüş ərəfəsində rəsmi Vaşinqton sərt mövqe tutduğunu və Pekindən açıq danışıq tələb etdiyinə işarə edən addımlar atıb.

ABŞ Dövlət katibi Entoni Blinken kameralar qarşısında Çinli həmkarına deyib ki, "Biz Sincan, Honq-Konq, Tayvan, eləcə də ABŞ-a edilən kiber hücumlar və müttəfiqlərimizin iqtisadi baxımdan məcburiyyətə məruz buraxılması daxil olmaqla Çinin hərəkətləri ilə əlaqədar dərin narahatlıqlarımızı müzakirə edəcəyik. Bu hərəkətlərin hər biri qlobal sabitliyi qoruyan qaydalara əsaslanan nizamı təhdid edir" deyə o əlavə edib.

Bayden administrasiyası keçmiş prezident Donald Tramp dövründə kəskin şəkildə pisləşən münasibətləri yenidən qurmağa ümidini ifadə edən Çinin davranışında bir dəyişiklik gözlədiyini açıq şəkildə bildirib.

Çinin baş diplomatı Yang Jieçi çin dilində 15 dəqiqəlik bir nitqlə cavab verərək, onun sözlərinə görə, ABŞ-ın zəif demokratiyası, azlıqlara qarşı pis münasibəti, xarici siyasət və ticarət siyasətini tənqid edib.

"ABŞ hərbi gücü və maliyyə hegemonluğundan yurisdiksiyasını genişləndirmək və digər ölkələrə basqı tətbiq etmək üçün istifadə edir" deyə Yang bildirib. O həmçinin əlavə edib ki, "Normal ticarət mübadilələrinə maneə törətmək və bəzi ölkələri Çinə hücum etməyə təhrik etmək üçün sözdə milli təhlükəsizlik anlayışlarından sui-istifadə edir".

Yangın monoloqu zamanı ABŞ-ın Milli Təhlükəsizlik Müşaviri Sallivan və nümayəndə heyətindəki digər rəsmilər bir-birlərinə qeydlər ötürüb. Və nitqin sonunda Blinken cavab vermək üçün jurnalistləri otaqda saxlayıb.

Bu cür yüksək səviyyəli görüşlərdə jurnalistlərin qarşısında adətən bir neçə dəqiqə nəzərdə tutulan açılış nitqi bir saatdan çox davam edib və iki nümayəndə heyəti medianın otaqdan nə vaxt çıxarılacağı barədə mübahisə edib.

Bundan sonra, ABŞ Çini "əzəmət" nümayişində günahlandırıb. Çinin dövlət mətbuatı isə ABŞ rəsmilərini çox danışmaqda və "qonaqpərvər olmamaqda" günahlandırıb.

Üstəlik hər iki tərəf bir-birini diplomatik protokolu pozmaqda ittiham edib. ABŞ rəsmisi onların əvvəlcədən iki dəqiqəlik açılış nitqinə razılaşdıqlarını bildirib.

"Çin nümayəndə heyəti görünür ictimai teatral və drammatikliyə cəmlənmiş əzəmət nümayişi üçün gəlmişdi" deyə Ankoricdə görüşün keçirildiyi oteldə bir rəsmi jurnalistlərə bildirib. "Şişirdilmiş diplomatik təqdimatlar çox vaxt yerli auditoriyaya görə hesablanır" - deyə rəsmi əlavə edib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG