Accessibility links

ABŞ və Şimali Koreya rəsmiləri mümkün sammitlə bağlı danışıqlar aparır


Dövlət Departamenti ABŞ və Şimali Koreya rəsmilərinin Birləşmiş Ştatlar prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında mümkün zirvə görüşünü Panmuncomda müzakirə etdiyini təsdiq edib.

“Birləşmiş Ştatların nümayəndə heyəti Şimali Koreya rəsmiləri ilə Panmuncomda danışıqlar aparır. Biz prezident və Koreya lideri Kim Conq Un arasında sammitə hazırlıqları davam etdiririk”, Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib.

Prezident Tramp cümə axşamı günü Şimali Koreya lideri Kim Conq Un ilə 12 iyun tarixində Sinqapurda planlaşdırılan zirvə toplantısını təxirə saldığını elan edib. Lakin bundan bir gün sonra o, tarixi görüşün keçirilə biləcəyi ilə bağlı fikir səsləndirib.

Dövlət Departamentinin sözçüsü Heather Nauert
Dövlət Departamentinin sözçüsü Heather Nauert

Tramp şənbə günü ABŞ və Şimali Koreya arasında iyunun 12-ə Sinqapurda keçirilməsi planlaşdırılan sammitin qüvvədə qaldığını və detallar üzərində iş aparıldığını bildirib.

Danışıqlar "çox yaxşı, olduqca yaxşı gedir", o bildirib.

“Fikrimcə, insanlar bizim bu görüşü keçirə bilməyimiz və nəyə isə nail ola biləcəyimizi görmək istəyir. Bunu edə bilsək və Koreya yarımadasının nüvəsişləşdirməsinə nail olsaq, bu, Şimali Koreya üçün çox yaxşı olacaq, Cənubi Koreya, Yaponiya, bütün dünya, Birləşmiş Ştatlar, Çin üçün çox yaxşı olacaq. Bunun üzərində çox adam işləyir. Hər şey çox gözəl gedir”, Tramp bildirib.

Birləşmiş Ştatların nümayəndə heyəti Şimali Koreya rəsmiləri ilə Panmuncomda danışıqlar aparır. Biz prezident və Koreya lideri Kim Conq Un arasında sammitə hazırlıqları davam etdiririk.
Heather Nauert

Bundan öncə The Washington Post qəzeti ABŞ rəsmilərindən ibarət qrupun bazar günü prezident Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında zirvə görüşünə hazırlıq məqsədilə danışıqlar aparmaq üçün Şimali Koreyaya gəldiyi haqda məlumat verib.

Qəzet danışıqlara hazırlıqlarla bağlı məlumata malik olan mənbəyə istinadən bildirib ki, hazırda Filippində diplomatik missiyaya rəhbərlik edən ABŞ-ın Cənubi Koreyadakı keçmiş səfiri Sanq Kim zirvə görüşünə hazırlıqlara başçılıq edir.

Cənubi Koreya prezidenti Mun Cae-in şənbə günü Şimali Koreya lideri Kim Conq Un ilə görüşüb.

Cənubi Koreya prezidenti Mun Cae-in şənbə günü Şimali Koreya lideri Kim Conq Un ilə Şimali Koreyada Panmuncomda görüşür.
Cənubi Koreya prezidenti Mun Cae-in şənbə günü Şimali Koreya lideri Kim Conq Un ilə Şimali Koreyada Panmuncomda görüşür.

Cənubi Koreya prezidentinin ofisindən verilən məlumata görə, hər iki ölkənin lideri Şimali Koreyanın ABŞ prezidenti Donald Tramp ilə mümkün sammitinə hazırlığın necə aparılması ilə bağlı fikir mübadiləsi aparıb.

Cənubi Koreya prezidenti Mun Cae-in görüşdən sonra Şimali Koreya liderinin nüvəsizləşdirmə məsələsinə sadiq qaldığını bildirib. O, ABŞ və Şimali Koreya arasında uğurlu zirvə görüşünün baş tuta bilməsi ilə bağlı nikbinliyi ifadə edib.

Prezident Tramp Şimali Koreya lideri Kim Conq Un ilə 12 iyun tarixində Sinqapurda planlaşdırılan zirvə toplantısını təxirə saldığını elan edib. Növbəti gün isə o, tarixi görüşün keçirilə biləcəyi ilə bağlı fikir səsləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:04 0:00
XS
SM
MD
LG