Accessibility links

ABŞ və Şimali Koreya Sinqapur razılaşmasının müddəalarını müzakirə edəcəklər


Kim Yonq Çol və Mayk Pompeo
Kim Yonq Çol və Mayk Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo cümə axşamı Nyu Yorkda Şimali Koreya liderinin müşaviri Kim Yonq Çol ilə görüşəcək.

Dövlət Departamentindən verilən məlumata görə, hər iki tərəf Sinqapur sammitinin birgə bəyanatında qeyd olunan müddəaların iləliləyişi müzakirə edəcəklər. Həmin müddəalara Şimali Koreyanın tam, təsdiq edilə bilən nüvəsizləşdirilməsi də daxildir.

Kim və ABŞ prezidenti Donald Tramp iyunda Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı razılıq imzalayıblar. Lakin hər iki tərəf Pxenyanın nüvə proqramına son qoymasına səylərindəki ləngiməyə görə gərginlik yaşayırlar.

Şimali Koreya keçən həftə xəbərdarlıq edib ki, ABŞ rejimə qarşı iqtisadi sanksiyaları dayandırmasa, onlar nüvə silahı proqramının bərpasını nəzərdən keçirəcəklər.

Şimali Koreya eyni zamanda Birləşmiş Ştatlar və Cənubi Koreya ilə sülh sazişi imzalayaraq, 1950-53-cü illərdə baş tutan Koreya Müharibəsinə rəsmən son qoymaq istəyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG