Accessibility links

ABŞ və Əfqanıstan Prezidentləri Ağ Evdə görüşəcək


Əfqanıstan Prezidenti Əşrəf Qani və Abdullah Abdullah cümə axşamı ABŞ-ın paytaxtı Vaşinqtona gəliblər.
Əfqanıstan Prezidenti Əşrəf Qani və Abdullah Abdullah cümə axşamı ABŞ-ın paytaxtı Vaşinqtona gəliblər.

ABŞ Prezidenti Co Bayden cümə günü Əfqanıstan Prezidenti Əşrəf Qani və sülh danışıqlarının rəhbəri Abdullah Abdullah ilə Ağ Evdə görüş keçirəcək.

Bu, Baydenin ABŞ hərbi qüvvələrinin 11 sentyabr tarixinə qədər Əfqanıstandan tamamilə çıxmasına dair qərarından sonra iki ölkə lideri arasında ilk üz-üzə görüş olacaq.

Ağ Evin sözçüsü Cen Psaki bu həftənin əvvəlində Prezident Baydenin görüşdə Əfqanıstana humanitar yardım mövzusunda ABŞ-ın iqtisadi və diplomatik dəstəyini nümayiş etdirəcəyini bildirib.

Əfqanıstan Prezidenti Əşrəf Qani və Abdullah Abdullah cümə axşamı paytaxt Vaşinqtona gəliblər və artıq Senat liderləri Çak Şumer və Mitç McKonnell ilə görüşüblər.

"Hərbi qüvvələr Əfqanıstandan çıxdığı bir vaxt, Prezident Qani və Abdullah Abdullahın Vaşinqtona səfəri iki ölkə arasındakı sıx əməkdaşlı vurğulayır," deyə Psaki bildirib.

Əşrəf Qaninin müşavirləri görüşün gündəmində ikitərəfli münasibətlərin gələcəyi və ABŞ-ın əfqan qüvvələrinə dəstəyinin yer alacağını bildirirlər.

Koalisiya qoşunlarının 1 may tarixindən etibarən Əfqanıstandan çıxarılması sürətləndikcə Taliban ilə Əfqanıstan qüvvələri arasında qarşıdurmalar da artıb.

Nəticədə Talibanın ölkədə nəzarət etdiyi əraziləri daha da genişlənib.

ABŞ qüvvələrinin çıxarılması başa çatdıqdan sonra diplomatik müdafiə üçün yalnız 650 ABŞ əsgərinin Əfqanıstanda qalması planlaşdırılır.

Rəsmilər bir neçə yüz əsgərin Kabil Hava limanının təhlükəsizliyini təmin etmək üçün sentyabr ayına qədər bölgədə xidmətlərini davam etdirəcəklərini bildirir.

XS
SM
MD
LG