Accessibility links

ABŞ və Aİ qanunvericiləri Lukaşenkonu siyasi məhbusları azad etməyə çağırır


Avropa və Şimali Amerikadan yüzlərlə millət vəkili Aleksandr Lukaşenkoya Belarusdakı siyasi məhbusların sərbəst buraxılmasını tələb edən məktub yazıb. Bu addım Qərbdə Belarusda etirazların şiddətli repressiyalarla yatırılmasına görə böyük qəzəbin olduğunu vurğulayır.

29 ölkədən 270 millət vəkili Mariya Kolesnikova və onun Koordinasiya Şurasındakı iki həmkarının həbsi ilə bağlı narahatlıqlarını bildirib.

Millət vəkilləri həmçinin ABŞ diplomatının həyat yoldaşı və həm ABŞ həm də Belarus vətəndaşlığı olan siyasi strateq Vitali Şkliarovun da iyul ayının sonlarından bu yana həbsdə olması ilə bağlı narahatlıqlarını ifadə edib.

"Biz Avropada azadlığın, demokratiyanın və insan hüquqlarının qorunub saxlanmasına və möhkəmləndirilməsi qətiyyətində olan transatlantik qanunvericilər olaraq, Lukaşenko rejiminin müxalifət lideri Mariya Kolesnikova və həmkarlarını haqsız yerə həbs etməsi ilə əlaqədar dərin narahatlığımızı bildiririk" - deyə, məktubda qeyd olunub.

Kilesnikova, Maksim Znak və İllya Saley Belarusda mübahisəli 9 avqust prezident seçkilərindən sonra hakimiyyətin dinc yolla ötürülməsini asanlaşdırmaq məqsədi ilə təsis olunan müxalif Koordinasiya Şurasının üzvləridir.

Kolesnikova və həmkarları Lukaşenkonun Sovet İttifaqının süqutundan bəri ölkədə baş verən ən böyük siyasi etirazları dağıtmağa çalışdığı zaman minlərlə nümayişçi ilə birlikdə həbs edilib.

Lukaşenkonun təhlükəsizlik qüvvələri də onun hakimiyyəti qoruyub saxlamasına qarşı çıxan yüzlərlə vətəndaşa işgəncə verməkdə günahlandırılır.

Yüz minlərlə Belarus vətəndaşı seçkidən sonra elan olunan rəsmi nəticələrə etiraz olaraq küçələrə axışıb.

Nümayişçilər səsvermənin Lukaşenkanın xeyrinə saxtalaşdırıldığını bildirərək, onun hakimiyyətdən getməsini və yeni seçkinin keçirməsini tələb edir.

ABŞ, Kanada, İngiltərə və Avropa İttfaqı insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan Belarus rəsmilərinə qarşı sanksiya tətbiq etməyə hazırlaşır.

"Biz, transatlantik müttəfiqlər və beynəlxalq tərəfdaşlarla koordinasiya edərək, Belarusda və ölkə xaricində insan hüquqlarını pozanlara qarşı hədəfli sanksiyaları ciddi şəkildə dəstəkləyirik" deyə millət vəkillərinin birgə məktubunda bildirilib.

Şərhlərə bax

XS
SM
MD
LG