Accessibility links

ABŞ və Aİ Navalnının sağlamlığı ilə bağlı narahatlıqlar fonunda onun azadlığa buraxılmasına çağırır


Aleksey Navalnı

Birləşmiş Ştatlar və Avropa İttifaqı Rusiyaya Aleksey Navalnını azadlığa buraxılmasına dair çağırışlarını bir daha yeniləyiblər. Həbsdə olan müxalif siyasətçi kəskin bel ağrılarından əziyyət çəkdiyini və həbsxana rəsmilərinin onun problemini həll etmək üçün “heç nə” etmədiklərini deyib.

Martın 26-da Instagram səhifəsinə yerləşdirdiyi mesajında Navalnı keçmiş tanınmış məhbuslar tərəfindən ona həbsxanada xəstələnməyin ölümlə nəticələnə biləcəyinə dair xəbərdarlıq edildiyini yazıb.

“Bir dəfə, 10 il həbsdə qalan Mixail Xodorkovski mənə dedi: “Əsas məsələ orada xəstələnməməkdir,”- deyə o, iki mübahisəli iddia üzrə on il boyunca həbsxanada qalan keçmiş neft nəhəngi Yukosun sahibinə istinad edərək bildirib.

“Heç kim səni müalicə etməyəcək. Əgər sən ciddi şəkildə xəstələnsən, öləcəksən,” Navalnı Xadarkovskidən sitat gətirib.

44 yaşlı Navalnı hazırda Moskvadan təxminən 100 kilometr uzaqda yerləşən 2 saylı İslah Koloniyasında saxlanılır. Həmin həbsxana Rusiyanın ən sərt cəzaçəkmə müəssisələrindən biri olaraq tanınır.

“Biz Aleksey Navalnının sağlamlığının həbsxanada pisləşdiyinə dair narahatedici məlumatlar almışıq. Biz onun vəkilinə davamlı çıxışının olmasına və tibbi müalicə almasına çağırırıq,” ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays martın 26-da bildirib.

“Biz Rusiyanı yenidən Navalnını dərhal və qeydsiz-şərtsiz azadlığa buraxmağa çağırırıq,” o əlavə edib.

Bundan öncə isə Avropa İttifaqının xarici siyasət şöbəsinin sözçüsü Cozep Borrell bənzər çağırış edərək deyib ki, Rusiya hüquq-mühafizə orqanları “@navalny-ya tibbi müalicəyə və vəkillərinə çıxış verməlidir.”

Kremlin tənqidçisinin vəziyyəti martın 24-də müttəfiqləri onun sağlamlığının pisləşməsindən narahat olduqlarını deməsindən və həbsxana rəsmilərini onun vəziyyətinə aydınlıq gətirməsinə çağırmasından sonra müzakirə səbəbi olub.

Martın 25-də Navalnının həyat yoldaşı Yulia Navalnaya Kremli ərinin “etibar etdiyi” həkimlər tərəfindən müalicə olunması üçün azadlığa buraxılmasına çağırıb və onun həbsini prezidentin “şəxsi qisas”ı adlandırıb.

Həmin gün Navalnının vəkilləri nəhayət onu görə biliblər və korrupsiya əleyhinə mübarizə aparan fəalın “son dərəcə qənaətbəxş olmayan” vəziyyətdə olduğunu, bel ağrılarından və sağ ayağında “onu praktiki olaraq qeyri-işlək edən” problemlərdən əziyyət çəkdiyini bildiriblər.

Instagram-da yerləşdirilən mesajda qeyd olunub ki, “yataqdan qalxmaq çətin və ağrılıdır” amma “bir həftə öncə həbsxana həkimi məni müayinə etdi və gündə iki dəfə ibuprofen yazdı, lakin mən hələ də diaqnozun nə olduğunu bilmirəm.”

“Belə görünür ki, daimi olaraq polis maşınlarında və “qəfəslərdə” əyri oturmaqdan sinir zədələnib,” Navalnı deyib.

Prezident Vladimir Putinin ən tanınmış tənqidçisi zarafatla sağ ayağından “ayrılmaq” və tək-ayaqlı pirat olmaq istəmədiyini deyib.

Moskvada jurnalistlərin önündə çıxış edən Putinin sözçüsü deyib ki, Navalnaya “məsələni Kremlə yönəltməməliydi, çünki Kreml məsələdə heç bir rol oynamayıb.”

“Biz bu cür müraciətə cavab verməyəyəcyik....Hazırda bir şəxs cəzaçəkmə müəssisində saxlanılan bir məhbusdursa, müraicətlər Federal Penitensiar Xidmətə yönəldilməlidir,” Peskov deyib.

Vəkil Vadim Kobzev deyib ki, “nəhayət” Navalnını görəndən sonra aydın olub ki, o, müvafiq müalicə almamaqla yanaşı “onun sağlamlığına xələl gətirmək üçün məqsədli strategiya yürüdülür.”

Navalnı həmçinin vebsaytına yerləşdirdiyi bəyanatda həbsxananı ona yuxudan məhrum edərək işgəncə verməkdə ittiham edib.

Peskov bu ittihamı rədd edərək, Navalnının digər məhbuslar kimi “çəzaçəkmə müəssisəsində nizman və disiplini təmin etmək” üçün hər saat oyandırıldığını, xaricdəki həbsxanlarda isə daha sərt tədbirlərin görüldüyünü bildirib.

XS
SM
MD
LG