Accessibility links

ABŞ və Almaniya Holokostun inkar edilməsinə qarşı birlikdə mübarizə aparacaq


ABŞ və Almaniya Holokostun inkar edilməsinə və antisemitizmə qarşı mübarizə aparmaq üçün əməkdaşlıq edəcık. ABŞ Dövlət Katibi Antoni Blinken deyib ki, bu səylər "hazırkı və gələcək nəsillərin Holokost haqqında məlumat əldə etmələrini və ondan dərs çıxarmalarını" təmin edəcək.

Cümə axşamı Berlində Holokost Qurbanlarının Memorialında çıxışı zamanı Blinken bildirib ki, Holokostun inkar edilməsi və antisemitizm homofobiya, ksenofobiya, irqçilik və ayrıseçkiliyin digər formaları yaxından əlaqəlidir və onlar "demokartiyamızı məhv etmək istəyənləri birləşdirir".

"Buna görə də Holokostun tarixini yalnız keçmişi başa düşmək üçün deyil, həm də bizim bugünümüzü istiqamətləndirmək və gələcəyimizi formalaşdırmaq üçün Holokost haqqında məlumatların ortaya çıxarılması üçün yenilikçi yollar tapmalıyıq" deyə Blinken bildirib.

Blinken və Almaniyanın Xarici İşlər Naziri Heiko Mass əməkdaşlıq haqqında sənəd imzalayıb.

Blinken hər iki hökümətin dövlət qulluqçularının və gənclərin Holokostu eləcə də antisemitizmi dərindən öyrənmələrinə yardım etmək üçün təhsilli gücləndirmək və tarixin inka edilməsi və ya təhrif edilməsinə qarşı mübarizə sahəsində birlikdə işləyəcəyini deyib.

Liviya Konfransı

Bundan əvvəl Dövlət katibi Blinken Berlində Liviyanın daimi və sabit bir hökumətə keçid etməsinə dəstək verilməsi istiqamətində aparılan beynəlxalq konfrans çərçivəsində Liviyanın müvəqqəti Baş naziri Əbdülhamid Dabaiba ilə danışıqlar aparıb.

Blinken görüşün əvvəlində Liviya nümayəndələrini görməkdən məmnun olduğunu dilə gətirib.

Çərşənbə günü keçirilən və BMT ilə Almaniyanın ev sahibliyi etdiyi Liviya Konfransında 17 ölkədən rəsmilər iştirak edib və onlar Liviyada dekabr ayının sonunda keçiriləcək seçkilərə dəstəyi ifadə ediblər.

ABŞ-ın bir yüksək səviyyəli dövlət rəsmisi müxbirlərə seçkilərin təkcə "uzunmüddətli, etibarlı bir Liviya hökumətini qanuniləşdirmək üçün deyil", həm də bütün xarici döyüşçülərin ölkəni tərk etmələri üçün mövcud çağırışın yerinə yeitirilməsinə kömək etmək baxımdan da vacib olduğunu bildirib.

Növbəti səfər Fransa və İtaliyayadır

Blinkenin Avropa səfərinin növbəti dayanacağı Fransadır.Orada Blinken Fransa Prezidenti Emmanuel Makronla görüş keçirəcək. Bu görüş ABŞ Prezidenti Co Baydenin transatlantik ölkələrin əlaqələrini möhkəmlətmək üçün bölgədəki müttəfiqlər ilə keçirdiyi son görüşlərdən sonraya təsadüf edir.

"Bu, həqiqətən Dövlət katibi Antoni Blinken tərəfindən Prezidentin mesajını təkrarlamaq və ən köhnə müttəfiqimizlə qlobal təhlükəsizlik, o cümlədən pandemiya, pandemiyadan sonrakı bərpa kimi sahələrdə əməkdaşlığı və müttəfiqliyimizi möhkəmlətməyi və müasirləşdirməyi müzakirə etmək üçün bir imkandır"- deyə, Dövlət katibinin Avropa və Avrasiya İşləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker bazar ertəsi jurnalistlərə bildirib.

Blinkenin həmçinin Vatikana da səfəri planlaşdırılır. Rikerin bildirdiyinə görə, oradakı görüşlərin gündəliyində iqlim dəyişikliyi və insan alverinə qarşı mübarizənin yer alacağı gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG