Accessibility links

ABŞ və Avropa Böyük İyirmilər sammitində İranın nüvə proqramını müzakirə edəcək


ABŞ Prezidenti Co Bayden şənbə günü Roma vaxtı ilə gündüz saatlarında İtaliyada keçirilən Böyük İyirmilər sammiti çərçivəsində Avropa liderləri ilə İranın nüvə proqramı ilə bağlı danışıqlar aparacaq. Bu görüş Tehranın bu həftənin əvvəlində noyabr ayının sonunadək danışıqları bərpa etməyə hazır olduğunu elan etməsindən sonraya təsadüf edir.

Bayden, Britaniyanın Baş naziri Boris Conson, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Angela Merkel 2015-ci ildə əldə olunan Birgə Hərtərəfli Fəaliyyət Planına dönməklə bağlı razılıq əldə etməyə çalışacaqlar. Ağ Ev bildirib ki, E3+1 adlı formatda diqqət “İranın nüvə proqramının durumu ilə bağlı ortaq narahatlıqlara” yönələcək.

Sabiq ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatları 2018-ci ildə İran razılığından geri çəkib. Bayden deyib ki, ABŞ yalnız Tehran razılığın nüvə silahlarının inkişafına tətbiq olunan məhdudiyyətlərə tam əməl etməyə başladığı zaman razılığa geri dönəcək.

Şənbə günü aparılan danışıqlar “bir öncəki administrasiya ilə ziddiyət təşkil edəcək, çünki İran keçmiş administrasiya ilə avropalılar arasında ən dərin fikir ayrılıqlarının olduğu bir məsələ idi,” milli təhlükəsizlik müşaviri Ceyk Sallivan cümə günü Romaya səfər edərkən müxbirlərə bildirib.

“Burada siz Kansler Merkel, Prezident Makron, Baş nazir Conson və Prezident Baydenin məsələdə eyni mövqedə olduqlarını görəcəksiniz,” o deyib.

Lakin NATO müttəfiqləri ilə ilk üz-üzə görüşündə Byaden ABŞ-ın avqust ayından Əfqanıstandan xaotik şəkildə geri çəkilməsi ilə bağlı davam edən qəzəbi aradan qaldırmağa çalışacaq. ABŞ-ın geri çəkilməsi nəticəsində NATO müttəfiqləri Taliban Kabilin nəzarətini ələ keçirdiyi üçün qoşunları və vətəndaşlarını tez bir şəkildə ölkədən çıxarmağa çalışdılar. Təhlilçilər deyir ki, müttəfiqlərin Baydenə İranla bağlı daha yaxşı koordinasiyanın aparılacağına dair möhkəm vədlər verməsi üçün təzyiq göstərəcəkləri gözlənilir, çünki onlar Əfqanıstan məsələsində bunun baş vermədiyini düşünür.

Çərşənbə günü ABŞ-ın Dövlət katibi Antoni Blinken ABŞ-ın Əfqanıstandan geri çəkilməsi ilə bağlı hərtərəfli araşdırmanın aparılmasına göstəriş verdiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG