Accessibility links

ABŞ və Avropa Birliyi Ukraynanın şərqindəki seçkiləri qanunsuz adlandırıb


Donetsk Xalq Partiyasının lideri vəzifəsini icra edən Denis Puşilin və həyat yoldaşı seçkilərdə iştirak edir. 11 noyabr, 2018
Donetsk Xalq Partiyasının lideri vəzifəsini icra edən Denis Puşilin və həyat yoldaşı seçkilərdə iştirak edir. 11 noyabr, 2018

Ukraynanın şərqində yerləşən və Kremlin dəstəklədiyi bölgələrin seçiciləri bazar günü yerli hökümət seçkilərində iştirak edib. Ukrayna prezidenti Petro Poroşenko bu seçkiləri "saxta" adlandırıb.

Rusiya şərqi Ukraynanı "xalqın respublikası" bəyan edən rusdilli üsyançıları dəstəkləyir.

"Biz nəyi dəyişə bilərik? Biz ancaq öz seçimimizi edə bilərik. Bəs Avropa? Avropalılar bizə güllə atan Ukraynanı dəstəkləyirsə və bizi məntəqələrə gedərək Rusiyayönümlü gələcəyə səs verməyə məcbur edirsə, o zaman niyə biz öz liderlərimizi dinləməkdənsə Avropanı dinləməliyik?" - deyə, donetskli tələbə Nikita bildirib.

ABŞ və Avropa Birliyi bu seçkiləri qanunsuz hesab edib və seçkilərin münaqişənin danışıqlar yolu ilə həllinə mane olduğunu bildirib.

Donetsk, Ukrayna
Donetsk, Ukrayna

Rusiya Krımı 2014-cü ildə ilhaq edib və üsyançıları silahlandırdığına dair ittihamları rədd edir.

Şərqi Ukraynada ağır döyüşlərin sona çatmasına baxmayaraq Ukrayna əsgərləri ilə üsyançılar arasında tez-tez ölümlə nəticələnən silahlı toqquşmalar baş verir.

XS
SM
MD
LG