Accessibility links

ABŞ və Avstraliya qüvvələri Sakit Okean hövzəsində bombardmançılarla təlimlər keçirir


Bu yay ABŞ-ın Dəniz Piyada Korpusu və Avstraliya qoşunları Avstraliyanın şimalındakı ucqar ərazilərdə ABŞ bombardmançılarını uzaq adalardakı hədəflərə doğru yönəltmək məqsədilə təlim keçiblər.

Business Insider məcmuəsində dərc olunan məqalədə bildirilir ki, bu, Dəniz Piyadaları Korpusunun Sakit Okeanda potensial müharibəyə getdikcə daha çox diqqət ayırdığını göstərir.

COVID-19 Dəniz Rotasiya Qüvvəsinin Avstraliyanın şimal sahilinə yerləşdirilməsinə təsir göstərsə də, qüvvənin yeni vasitələr və konsepsiyalardan istifadə etməsinin qarşısını almayıb.

Dəniz Piyadaları Korpusu avqust ayında Avstraliyada bir ay davam edən 'Loobeye Təlimi' çərçivəsində "RQ-21A Blackjack" dronlarını ilk dəfə uçurub.

Dəniz piyadaları, ABŞ Hava Qüvvələri və Avstraliya Müdafiə Qüvvəsinin cəlb olunduğu təlim zamanı diqqət “kiçik dəniz ekspedisiya qüvvəsinin tez bir zamanda yerləşmək, xarici tərəfdaşlara inteqrasiya etmək, hava hücumlarını koordinasiya etmək və mühabisəli mühitlərdə hədəflərə qarşı hava dəstəyi istəmək imkanına" yönəlib.

Təlim zamanı ABŞ-ın B-1 və B-2 bombardançıları təxminən 6500 kilometr məsafə qət edərək Avstraliyanın şimalındakı təlim ərazilərinə uçaraq uzun-məsafəli dəqiq zərbələri simulyasiya ediblər. Bombardmançıları Okinavadan gələn tankerlər müşahidə edib.

B-2 Spirit radaradüşməz bombardmançı təyyarə ABŞ hərbi arsenalında ən qüdrətli vasitələrdən biri sayılır.
B-2 Spirit radaradüşməz bombardmançı təyyarə ABŞ hərbi arsenalında ən qüdrətli vasitələrdən biri sayılır.

R1-21-lər həmin ərazilər üzərində uçaraq hava hücumundan öncə və sonra məlumat toplayıblar.

Dəniz Piyadaları Korpusunun Rotasiya Qüvvəsi Darwinin kapitanı Bencamin Hovis deyib ki, məqsəd bu bacarıqları ön plana çıxarmaqdır:

“Bizə lazımdır ki, Dəniz Piyada Korpusunun Hava-Quru Birləşmələri səviyyəsindəki komandir hədəfi müəyyən edib, onun bizim vurmaq istədiyimiz hədəf olduğunu təsdiqləsin və bunun ardınca döyüş sonrası vurulan ziyanları dəyərləndirsin.”

RQ-21 hətta 170 kilometr cənubda müşahidə postunda olan komandirləri video ilə təmin edib.

Təlimlərə əvvəlcədən müəyyən edilmiş hədəflərə qarşı “məqsədli hücumlar” və “dinamik hücumlar” daxil olub.

Loobeye təlimindən sonra sentaybın əvvəlində Koolendong təlimi keçirilib. Bu canlı atəş təlimidir və məqsədi Dəniz Piyadaları Korpusu və Avstraliya qüvvələrinin regiondakı böhranlara birgə cavab vermək imkanını təkmilləşdirməkdir.

Onlar mina yerləşdirən insanlar kimi hədəfləri müəyyən edib bu məlumatı kəşfiyyat birləşmələrinə gödərirlər. Onlar konvoyları müşahidə edirlər və yollardakı təhlükələri axtarırlar.

Rotasiyada RQ-21-lərdən istifadə etmək qərarı keçən il verilib. Dron fevral ayında tam şəkildə əməliyyat etmək imkanını əldə edib.

Hava Qüvvələrinin baş marşalı Sör Anqus Hyuston deyib ki, ABŞ-la müttəfiqlik Avstraliyanın müdafiə siyasətinin “dayağı”dır.

XS
SM
MD
LG