Oktyabrın 29-da təhsil naziri Emin Əmrullayev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberger ilə görüşüb.
“Görüş zamanı Təhsil Nazirliyi ilə Amerika Birləşmiş Ştatları arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib,” Təhsil Nazirliyinin məlumatında deyilir.
Azərbaycanda ABŞ təhsil müəssisələrində təhsil alan insanların rəsmi statistikası aparılmır. Qeyri-rəsmi məlumatlara əsasən müstəqillik dövründə ABŞ-da müxtəlif proqramlar üzrə 7 minə yaxın azərbaycanlı təhsil alıb.
Hazırda Azərbaycan Pedoqoji Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Kənd Təsərrüfatı Akademiyası ABŞ universitetləri ilə əməkdaşlıq edir.
Xatırladaq ki, ABŞ təhsil sahəsində dünya lideridir. ABŞ universitetləri ardıcıl olaraq dünyanın ən yaxşı universitetləri sırasındadır.