ABŞ Dövlət katibi Mayk Pompeo çərşənbə axşamı Britaniyanın Baş naziri Boris Conson ilə görüşüb. Görüş ABŞ və Çin arasında ticarət, Cənubi Çin dənizinin statusu, koronavirusun mənşəyi və Çinin ilk dəfə Uhan şəhərində ortaya çıxan virusa reaksiyası ilə bağlı gərginliyin artdığı bir vaxta təsadüf edir.
Amerikanın baş diplomatınn London səfəri Consonun təhlükəsizlik səbəbiylə Çin texnoloji nəhəngi “Huawei”in Britaniyanın sürətli 5G telefon şəbəkəsinin inkişafında iştirakını qadağan etmək qərarından bir neçə gün sonra baş tutub. Vaşinqton bir ildən çoxdur qadağanın tətbiq edilməsinə çağırırdı.
İlkin danışıqlar bitirdikdən sonra Pompeo Twitter” hesabında bunları yazıb: "Bu gün @BorisJohnson ilə konstruktiv görüş oldu. Ölkələrimizin uzun müddətdir davam edən və güclü ikitərəfli əlaqələri bugünkü 5G telekomunikasiyasından tutmuş, ABŞ-Böyük Britaniya sərbəst ticarət sazişi üçün danışıqlarımıza qədər olan məsələlərin səmimi müzakirələrin təməli oldu."
Daha sonra mətbuat konfransında Pompeo Britaniyanın Huawei və Honq Konq məsələlərində sərt mövqeyindən razlığını bildirib. “Fürsətdən istifadə edərək Britaniya hökumətini bu çağırışlara prinsipial cavab verdiyinə görə təbrik etmək istərdim. Huawei 5G kompüter şəbəkələrini qadağan etmək üçün suveren qərar verdiniz”
“İstəyirik ki, hər bir ölkə Çin Kommunist Partiyasının bütün aspektlərdə bu gün sizə izah etdiyim səylərinə qarşı Birləşmiş Krallıq və hər bir ölkəni əhatə edərək birlikdə çalışsın. Ümid edirik ki, bunu başa düşən bir koalisiya qura bilərik” - deyə o, əlavə edib.
Təhlilçilər və Qərb diplomatlarının bildirdiyinə görə, iki Qərb müttəfiqinin Çin hökumətinin yaratdığı problemlərlə bağlı getdikcə razılaşdığı görünür. Pompeo Britaniya paytaxtına gəldikdə, "COVID-19 ilə mübarizədə və ortaq təhlükəsizlik riskləri ilə bağlı ən aktual qlobal problemlərimizi cavalandırdığımız bir vaxt" Conson ilə görüşməyi səbirsizliklə gözlədiyini yazıb. COVID-19 koronavirusun yaratdığı xəstəlikdir.
Pompeo və Conson Dauninq Strit bağçasında olarkən sosial məsafə qaydalarına əməl ediblər. "Ümid edirəm sosial məsafəni qiymətləndirirsiniz" deyə, Conson orada toplaşan jurnalistlərə deyib. "Sosial məsafə diplomatik və ya siyasi məsafəni nəzərdə tutmur" - deyə, Britaniya lideri əlavə edib.