Accessibility links

ABŞ və Britaniya Airbus-Boeing mübahisəsinə son qoydu


Britaniya cümə axşamı Avropalı təyyarə istehsalçısı Airbus və ABŞ-dakı rəqibi Boeing ilə əlaqəli 17 illik tariflər mübahisəsinə son qoyulduğunu və ABŞ-la barışıq barədə razılığa gəldiklərini xəbər verib.

Xəbər Avropa İttifaqı və ABŞ arasında çərşənbə axşamı elan edilmiş bənzər razşılaşmadan sonraya təsadüf edib.

Sözügedən mübahisə Ümumdünta Ticarət Təşkilatı tarixində ən uzun müddət davam edən mübahisə kimi dəyərləndirilir. Britaniya höküməti cümə axşamı verdiyi açıqlamada bildirib ki, iri sərnişin təyyarələrinə dəstək məsələsindəki fikir ayrılıqları Atlantik okeanın hər iki tərəfində məhsullara qarşılıqlı tariflərin tətbiq olunmasınına gətirib çıxarıb. Lakin nəhayət hər iki tərəf "bu qarşılıqlı tarifləri dayandırmaq üçün razılığa gəlib" deyə açıqlamada bildirilir.

Razılaşma Britaniyanın Beynəlxalq Ticarət Katibi Liz Truss və ABŞ Ticarət Nümayəndəsi Katherine Tai arasındakı danışıqlardan sonra əldə olunub.

Razılaşma Şotlandiya viskisi də daxil olmaqla bir çox məhsullara tətbiq olunan tariflərin dayandırılmasını təmin edir.

"Bugünkü razılaşma inanılmaz dərəcədə zərər verici bir problemin üstündən xətt çəkir" Truss bildirib.

Böyük Britaniya artıq “ABŞ-la ticarət əlaqələrini yeni səviyyəyə” yönəldə biləcək deyən Truss əlavə edib ki, hər iki ölkə “Çin kimi gücündən istifadə edərək haqsız ticarət aparan ölkələrə qarşı birlikdə mübarizə apararaq, pandemiyadan qurtulmaq üçün daha yaxından çalışacaqlar."

ABŞ Prezidenti Co Bayden də Aİ ilə mübahisələri bir kənara qoymaq və Çindən gələn təhdidlərin öhdəsindən gəlməyə çalışarkən uzunmüddətli Airbus-Boeing mübahisəsində barışıq barədə razılığa gəlib.

XS
SM
MD
LG