Accessibility links

ABŞ və Britaniya Rusiyanın kəşfiyyat agentlərinə sanksiya tətbiq edib


Britaniya və Birləşmiş Ştatlar cümə günü bir il əvvəl Kremlin tənqidçisi Aleksey Navalnının zəhərlənməsinə görə məsuliyyət daşıdıqlarını dedikləri rusiyalı kəşfiyyat əməliyyatçılarına sanksiya tətbiq ediblər.

İki ölkə yeddi rusiyalını sanksiyalarla hədəfləyib və Rusiyaya kimyəvi silahlarla bağlı xəbərdarlıq edən birgə bəyanat yayıb.

Vaşinqton bundan əlavə iki nəfərə və dörd Rusiya qurumuna sanksiya tətbiq edib, çünki onların kimyəvi silahlarla bağlı tədqiqatında və ya Navalnıya qarşı sui-qəsd cəhdində iştirak etdiklərini bildirib.

Navalnı 2020-ci ilin avqustun 20-də Sibirdə zəhərlənəndən sonra tibbi müalicə üçün Almaniyaya aparılmışdı. Qərb mütəxəssisləri onun Noviçok sinir maddəsi ilə zəhərləndiyi qənaətinə gəliblər.

Moskva onların tədqiqatlarının nəticələrini rədd edib və Qərbi Rusiyaya qarşı qaralama kampaniyası aparmaqda günahlandırıb.

“Sanksiya tətbiq olunan şəxslər cənab Navalnıya qarşı hücumu planlaşdırıb və ya həyata keçirməyə görə birbaşa məsuliyyət daşıyırlar,” Xarici İdarənin bəyanatında bildirilir.

Britaniyanın Xarici İşlər naziri Dominik Raab deyib ki, bu addım Rusiyaya xəbərdarlıqdır.

“Biz açıq mesaj göndəririk ki, Rusiya dövləti tərəfindən kimyəvi silahlardan istifadə beynəlxalq qanunu pozur və bununla əlaqədar şəffaf cinayət istintaqı aparılmalıdır,” o deyib.

Sanksiyalar xaricdə aktivləri olan insanlara şamil olunacaq.

Britaniya sənədində Aleksey Aleksandrov, Vladimir Panyaev, İvan Osipov, Vladimir Boqdanov, Kiril Vasilyev, Stanislav Makşakov and Aleksey Sedovun adları hallanır. Sənəffə onların hər birinin Rusiyanın təhlükəsizlik xidməti FSB-nin üzvləri olduqları və dolayı və ya birbaşa olaraq Navalnının səhirlənməsi ilə əlaqələrinin olduğu bildirilir.

ABŞ Maliyyə Nazirliyi daha sonra bu yeddi nəfərə və zəhərlənmədə əli olan əlavə iki Rusiya rəsmisinə, Konstantin Kudryatsev və Artur Jirova qarşı sanksiya tətbiq etdiyini elan edib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG