Accessibility links

ABŞ və Britaniya vətəndaşlarından Əfqanıstanı tərk etmələrini istəyir


Əfqanıstan paytaxtı Kabildə gecə saatlatında maşına yerləşdirilmiş bomba partlayışının baş verdiyi yerdə zərər dəymiş avtomobillər, 4 avqust, 2021.
Əfqanıstan paytaxtı Kabildə gecə saatlatında maşına yerləşdirilmiş bomba partlayışının baş verdiyi yerdə zərər dəymiş avtomobillər, 4 avqust, 2021.

Birləşmiş Ştatlar və Britaniya şənbə günü vətəndaşlarına sərnişin təyyarələri uçuşları ilə Əfqanıstanı dərhal tərk etmələrini tövsiyə edib.

"Təhlükəsizlik mühiti və işçilərin sayının azalması nəzərə alınmaqla, səfirliyin Əfqanıstandakı ABŞ vətəndaşlarına yardım göstərmək imkanları hətta Kabildə belə son dərəcə məhduddur", - deyə, ABŞ-ın Kabildəki səfirliyinin açıqlamasında deyilir.

Əfqanıstanda xarici qoşunların ölkədən çıxarılması elan edildikdən sonra zorakılıqlar durmadan artır.

Taliban ölkənin bir çox bölgələrinə hücum edib və bir neçə əsas sərhəd keçidini ələ keçirərək, nəzarətindəki ərazini təxminən iki dəfə artırıb.

Jurnalistlərin, hüquq müdafiəçilərinin və dövlət məmurlarının öldürülməsi halları kəskin şəkildə artıb. Əfqanıstan hökumətinin Media və İnformasiya Mərkəzinin direktoru Dava Xan Menapal Kabildə cümə namazı zamanı vaxtı öldürülüb.

Əfqanıstanın bir neçə şəhərində döyüşlər davam edir. Cümə günü Taliban xarici qüvvələrin çıxarılması prosesinin başlamasından bəri qrupun əlinə keçən ilk vilayət paytaxtı olan Nimruz vilayətinin paytaxtı Zarancı nəzarəti altına alıb.

Taliban militantları şənbə günü Cauzcan vilayətinin paytaxtı Şeberganı ələ keçirib. Şəhər Əfqanıstanın keçmiş hərbi komandiri marşal Əbdül Rəşid Dostumun dogma şəhəridir.

ABŞ-ın Kabildəki səfirliyi şənbə günü verdiyi açıqlamada Talibanın şəhərlərində keçirdiyi hücumları pisləyib və qrupu atəşkəsə razılıq verməyə və sülh danışıqlarına başlamağa çağırıb.

XS
SM
MD
LG