Accessibility links

ABŞ və Cənubi Koreya Şimali Koreya ilə müharibə planlarını yeniləyir


ABŞ və Cənubi Koreya Şimali Koreya (KXDR) ordusunun artan təhlükəsinə cavab tədbiri olaraq “yeni, operativ müharibə planı” hazırlamağa başlayır.

Adının çəkilməsini istəməyn ABŞ-ın yüksək səviyyəli rəsmisi bildirib ki, yeni plan təxminən on il əvvəl hazırlanmış və Pxenyanın hərbi irəliləyişlərini nəzərə almayan mövcud strategiyaları əvəz edəcək ki, bu da Şimali Koreyanın potensial təcavüzlərinə cavab verməyə imkan verəcək.

“Bu, görülməsi lazım olan düzgün bir işdir” - deyə, Cənubi Koreya rəsmiləri ilə görüşmək üçün Seula yola düşən Müdafiə naziri Lloyd Ostin jurnalistlərə bildirib.

“KXDR öz imkanlarını inkişaf etdirib” deyən anonim rəsmi bildirir ki, “son bir neçə il ərzində strateji mühit dəyişib”.

Rəsmi mövcud planların yenilənməsi prosesini başa çatdırılması üçün müəyyən bir son tarixin olmadığı "geniş və intensiv səy" kimi təsvir edir.

ABŞ müdafiə rəsmiləri sentyabr ayından bəri Pxenyanın bir sıra silah sınaqlarını izləyir. Bunlara qanadlı raket, qısamənzilli ballistik raket sınaqları, sualtı qayıqdan atılan ballistik raket və Şimali Koreyanın iddia etdiyi hipersəs gücündəki hərbi vasitələrin sınağı daxildir.

Digər bir yüksək səviyyəli rəsmi isə xəbərdarlıq edir ki, bu dəyişikliklər təkcə Şimali Koreyanın davam edən təxribatının nəticəsi deyil, həm də “dəyişən şəraitə təbii təkamül” prossesidir.

"Cənubi Koreyanın qabaqcıl bacarıqlarının inkişafı və onların plana töhfə vermək qabiliyyəti də yeniləmənin vacib hissəsidir” - deyə, rəsmi bildirir.

Yeni müharibə planı üzərində işin rəsmi elanı, Ostin və Cənubi Koreyanın Müdafiə naziri Suh Vukun 53-cü ABŞ-Koreya Respublikası Təhlükəsizlik Məsləhəti Görüşü (SCM) çərçivəsində keçirilən danışıqlardan sonra səsləndirəcək, ki, bu da bir sıra səylərdən yalnız biridir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG