ABŞ-da nümayişçilər bu həftəsonu da küçələrə axışaraq irqi ədalətə və polis zorakılığına son qoyulmasına çağırıb.
Ölkədə etirazlar afrikalı-amerikalı Corc Floydun mayın 25-də Minneapolis şəhərində polis nəzarətində ikən ölməsindən sonra başlayıb.
Şənbə və bazar günü həmçinin 1865-ci ilin iyunun 19-da sonuncu afrikalı amerikalıların quldarlıqdan azad edilməsi münasibətilə etirazlar keçirilir.
Nümayişlər bir çox şəhərdə, o cümlədən Nyu York, Los Anceles və Mayami də keçirilir.
Bundan əlavə həftəsonu Vaşinqtonda da etirazlar nəzərdə tutulub. Orada Ağ Evin önündə artıq həftələrdir hər gün insanlar etiraz edir.
Cümə gecə etirazçılar Ağ Evdən 3.2 kilomet uzaqlıqda yerləşən Ədliyyə Meydanında Konfederasiya generalı Albert Paykın heykəlini deviriblər.
Afrikalı-amerikalıların quldarlığını davam etdirmək məqsədilə ABŞ-dan ayrılmağa cəh edən cənubi ştatların simvolu olan konfederasiya heykəlləri son onillərlə, xüsusilə də son etirazlarda artan tənqidlərə məruz qalıblar.
Birləşmiş Krallıqda da artıq dördüncü həftə sonudur Floydun ölümü ilə əlaqədar irqçilik əleyhinə etirazlar keçirilir. Şotlandiyada etirazçılar köləliyin ləğvini ləngidən 18-ci əsrdə yaşayan siyasətçi Henri Dundasın heykəlinin devrilməsini tələb edib.
Fransanın paytaxtı Parisdə də nümayişçilər irqçilik və polis zorakılığına qarşı etiraz və Fransa polisi ilə qarşıdurma nəticəsində və ya şübhəli şərtlər altında ölən qaraların xatirəsini yad etmək məqsədilə yürüş keçirir.