Accessibility links

ABŞ və İran çoxtərəfli nüvə danışıqlarını konstruktiv hesab edir


ABŞ və İran rəsmiləri Vyanada İranın nüvə proqramı ilə əlaqədar 2015-ci il müqaviləsini imzalayan ölkələrin razılaşmanı bərpa etmək səyləri çərçivəsində keçirilən danışıqları məhsuldar adlandırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays hazırda birbaşa danışıqların gözlənilmədiyini, ancaq ABŞ-ın “diplomatiyaya açıq olduğumuz üçün onlara açıq olduğunu” deyib.

O, deyib ki, Vyanada görüşlər "iranlıların razılaşmaya dönməsi üçün nə etməyə hazır olduqlarını müəyyənləşdirməyə çalışdığımız üçün potensial olaraq faydalı addımdır”. Razılaşmaya əsasən, İran sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdırmalı idi.

ABŞ 2018-ci ildə o zamankı prezident Donald Trampın hakimiyyəti dövründə razılaşmadan çıxmışdı və bu addım İrana qarşı iqtisadi sanksiyaların tətbiq edilməsini də əhatə etmişdi.

Buna cavab olaraq, İran daha böyük zənginləşdirilmiş uran ehtiyatlarına sahib olmaq və materialı daha yüksək səviyyələrə qədər zənginləşdirmək də daxil olmaqla sanksiyalardan azad olmaq istədiyi üçün öhdəliklərindən geri çəkilməyə başladı.

İki tərəf razılaşmaya tam riayət etməyə hazır olduqlarına işarə etsələrə də, ilk addımı atmaq istəyi bildirməmişdi.

İran Xarici İşlər Nazirinin müavini Abbas Araqçı çərşənbə axşamı danışıqların açılmasını “konstruktiv görüş” adlandırıb.

İran Prezidenti Həsən Ruhani çərşənbə günü Nazirlər Kabinetinin iclasında verdiyi şərhlərdə danışıqların “yeni başlanğıcı” təmsil etdiyini deyip və iştirak edən bütün tərəflərin Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan razılaşmanın irəliləmənin yeganə yolu olduğunu qəbul etdiklərini əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG