Prezident Donald Tramp keçən həftə İrana qarşı hücumu son anda təxirə saldıqdan sonra Tehrana qarşı yeni sanksiyalar imzalayıb. Bu dəfə ABŞ saksiyaları İranın ali dini rəhbərini hədəf alıb. Təhliçilər ABŞ -ın və beynəxalq ictimaiyyətin İranla gərginliyin azaldılması üçün atacağı addımları müzakirə edir.
Prezident Tramp keçən həftə İrana qarşı ABŞ sanksiyalarının yeni raundunu Birləşmiş Ştatların İran kəşfiyyatı tərəfindən istifadə edilən kompyuterlərə kiber hücumlar təşkil etdiyi haqda məlumatların verilməsinin ardınca elan etdi. Bu hücumları beynəlxalq qanunun pozulması adlandıran rəsmi Tehran sanksiyalara əhəmiyyət verməməyə çalışır.
Karnegi Beynəlxalq Sülh fondunun təhlilçisi Süzan DiMaccio.
“İqtisadiyyat ağır durumdadır, işsizlik rekord səviyyədə yüksəkdir, inflasiya da eynilə. Buna görə də sanksiyalar zərər vurur və çox böyük zərər vurur.”
Tramp administrasiyası 2015-ci ildə İran və dünyanın altı qüdrətli dövləti arasında imzalanmış nüvə sazişindən çıxaraq, əvvəlki sanksiyaları bərpa edib və hazırda rejimə qarşı yeni sanksiyalar tətbiq edib. DiMaccio deyir ki, bu addım itirilmiş fürsət deməkdir.
Karnegi Beynəlxalq Sülh fondunun təhlilçisi Süzan DiMaccio.
“İndi Birləşmiş Ştatlar bu sanksiyaları tətbiq etdiyi zaman əsas məsələ odur ki, biz bunu hökumətin nüvə sazişinin şərtlərinə əməl etdiyi vaxt etmişik. Biz indi görürül ki, ictimai fikir dəyişir və insanlar Birləşmiş Ştatları günahlandırmaya başlayır. Beləliklə, biz İran xalqının ürəyini ələ almaq imkanını itiririk.”
Lakin başqaları İran iqtisadiyyatının tənəzzülə uğramasını Birləşmiş Ştatların istifadə edə biləcəyi üstünlük hesab edir.
Vest Poynt Müasir Müharibə İnstitutunda elmi tədqiqatçı Robert Skeyls deyir ki, İran liderləri ehtiyatlı davranmalı olacaqlar.
“Mən elə düşünürəm ki, İran liderləri gələn bir il yarım ərzində hakimiyyətdə qalmaq, Birləşmiş Ştatlarla Körfəzdə ara-sıra insidentlərdən başqa münaqişəyə getməmək və administrasiyasının dəyişməsini gözləməyə çalışır. Lakin Birləşmiş Ştatların siyasəti isə bundan ibarətdir: müharibə etməmək, onları iqtisadi cəhətdən sıxmaq, daxildə Yaşıl İnqilabın təkrar olmasına və rejimin süqutuna ümid etmək.”
Bu arada, tərəflər arasında söz müharibəsinin sonu görünmür. Prezident Tramp Fox tele kanalına müsahibəsində İranla müharibə istəmədiyini deyib, lakin İslam Respublikası ilə hər hansı münaqişənin “çox uzun davam etməyəcəyini” əlavə edib.
İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi ABŞ-ın “dünyanın ən qəddar rejimi” adlandırıb.