Accessibility links

ABŞ və İran arasında düşmən ritorika


ABŞ və İran arasında düşmən ritorika
please wait

No media source currently available

0:00 0:01:57 0:00

ABŞ və İran arasında düşmən ritorika

ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhaniyə "bir də heç vaxt Birləşmiş Ştatları təhdid etməməsi" kimi kəskin xəbərdar etdi. O, əks təqdirdə İran İslam Respublikasının bunun ağır nəticələri ilə qarşılaşacağını deyib. İran Trampın bu hədəsini rədd edərək, bunu noyabr ayında keçırələcək ara seçkiləri öncəsi seçiciləri üçün nəzərdə tutulmuş "psixoloji müharibə" adlandırıb.

Prezident Donald Tramp bazar günü gecə Twitter-də İran prezidentinə kəskin mesaj göndərdi.

Bu mesaj İran prezidenti Həsən Ruhaninin “Cənab Tramp, şirin quyruğu ilə oynamayın” hədəsindən sonra verilib. Ruhani deyib ki, İran ABŞ-la müharibə istəmir. Lakin ABŞ anlamalıdır ki, İranla müharibə bütün müharibələrin anasıdır. ABŞ yaxşı bilməlidir ki, İranla sülh bütün sülhlərin anasıdır.

Düşmən ritorika ABŞ dövlət katibi Mayk Pompeonun Kaliforniyada İran xalqına müraciət çıxışından sonra aparılıb.

Mayk Pompeo deyib ki, onun bu etirazlar fonunda və 40 illik tiraniya zülmünün davam etdiyi zaman İran xalqı üçün bir mesajı var: Amerika Birləşmiş Ştatları onları eşidir. Amerika Birləşmiş Ştatları onları dəstəkləyir. Amerika Birləşmiş Ştatları onlarladır.

Bazar ertəsi Ağ Evin mətbuat katibi Sara Hakabi Sandersə ABŞ-ın İranla müharibəyə başlamaq riski ilə bağlı verilən suala belə cavab verib:

“Baxın, prezident İrana cavab verir və o, Amerikaya qarşı təhdidlərin davam etməsinə icazə verməyəcək. İrandan başqa heç kim nəyəsə təhrik etmir."

Bəzi ekspertlər ABŞ-ın İrana sərt iqtisadi sanksiyalar tətbiq etdiyi halda, ABŞ-ın hərbi əməliyyatlarının qaçılmaz olduğuna inanmır.

Atlantika Şurasının eksperti Barbara Slavin Skype vasitəsilə müsahibəsində bildirib ki, ​prezident Tramp aydın şəkildə bildirib ki, Yaxın Şərqdə ABŞ hərbçilərinin mövcudluğunu istəmir. O hətta Suriyada hərbi qüvvələri saxlamaq istəmədi. Beləliklə, bu sual aradan qalxır. Bombardıman və ya buna bənzər başqa bir şeyə gəldikdə isə deyə bilərik ki, İran artıq öz nüvə proqramını məhdudlaşdırıb və ABŞ-dan fərqli olaraq nüvə razılaşmasına əməl edir.

Sanders və Tramp administrasiyasının digər rəsmiləri deyirlər ki, ABŞ-ın siyasətinin məqsədi rejim dəyişikliyi deyil, Tehranda kimin məsuliyyət daşımasından asılı olmayaraq, İranın nüvə silahı əldə etməsinə imkan verməməkdir.

XS
SM
MD
LG