Accessibility links

ABŞ və Körfəz tərəfdaşları terrorizmi maliyyələşdirənləri hədəf alır


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

Terroristləri Maliyyələşdirməni Hədəf Alan Mərkəz (TFTC) vasitəsilə ABŞ və onun Körfəz tərəfdaşları Yaxın Şərq və dünya boyunca terror təşkilatlarının maliyyələşdirilməsinə qarşı mübarizə aparırlar. Yeddi üzv – Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Oman, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Ştatlar - milli təhlükəsizliyə hədələri hədəf almaq üçün maliyyə kəşfiyyatı paylaşır

2017-ci ildə təsis olunduqdan bəri TFTC 60-dan çox terrorçu və terror qurumunun müəyyən edilməsi üçün beş birgə müəyyənləşdirmə ilə çıxış edib. Bu müəyyənləşdirmə geniş sayda terror təşkilatlarını, o cümlədən İŞİD və onun tərəfdaşlarını, Əl-Qaida, İran İslam İnqilab Qvardiyası, Livan Hizballahı və Talibanı hədəf alıb.

Lap bu yaxınlarda TFTC İŞİD-in öz qlobal əməliyyatlarını maliyyələşdirməsini əngəlləmək üçün İŞİD-lə əlaqəli olan altı şəxsi və qurumu müəyyən edib.

Bu sanksiyalar Suriyada qərargahlanan pul xidmətləri biznesləri – əl-Haram Exchange, Təvasül Şirkəti və əl-Xalidi Exchange şirkətlərinə, habelə yüksək rütbəli İŞİD maliyyə vasitəçisi Əbd əl-Rəhman Əli Hüseyn əl-Əhməd əl-Ravi və Əfqanıstanda qərargahlanan Nicat Sosial Rifah Təşkilatına və onun direktoru Səid Həbib Əhməd Xana təsir göstərir. Həmin bu şəxslər və qurumlar əvvəllər ABŞ tərəfindən 13224 saylı İcraçı Sərəncam əsasında terrorçu olaraq müəyyən edilmişdilər.

Bu hədəflərə məxsus bütün əmlak və əmlak maraqları Birləşmiş Ştatlara daxil oldquda və yaxud ABŞ vətəndaşlarının nəzarəti altına keçdiyi təqdirdə bloklanmalı və Xarici Vəsaitlərə Nəzarət İdarəsinə (OFAC) məlumat verilməlidir. OFAC nizamlamaları ABŞ vətədanşlarına və ABŞ-da yaşayan şəxslərə (bu sıraya ABŞ-dan tranzit edilən tranzaksiyalar daxildir) bloklanmış şəxslərin əmlak yaxud əmlak maraqları ilə hər hansı iş birlyini qadağan edir.

ABŞ Maliyyə Naziri Steven Mnuçun TFTC-nin dünya boyu terroçuların maliyyələşdirilməsini əngəlləmək istiqamətində maksimallaşdırmaq səylərinin vaciblyini vurğulayıb. TFTC ABŞ və Körfəz tərəfdaşlarını müştərək regional təhlükələrə qarşı mübarizə aparmaq və istənilən yerdə fəaliyyət göstərən terrorist maliyyə şəbəkələrini hədəf almaq üçün davamlı mexanizm yaratmaq üçün bir araya gətirib.

ABŞ Dövlət Katibi Mayk Pompeonun sözlərinə görə, TFTC müəyyənləşdirmələri terrorist təşkilatlara material yardım və maliyyə dəstəyi verən şəxslərə və bizneslərə əlavə xəbərdarlıq funksiyası daşıyır.

Şərhlərə bax

XS
SM
MD
LG