Accessibility links

ABŞ və Rusiya hərbi rəhbərlərinin Ukrayna sərhədində gərginliklə bağlı telefon söhbəti olub


ABŞ və Rusiyanın yüksək səviyyəli generalları arasında Rusiya-Ukrayna sərhədində gərginliyin yeni həddə çatması fonunda çərşənbə axşamı telefon söhbəti olub.

Həm Vaşinqton, həm də Moskva ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli və Rusiya Baş Qərargahının rəisi, general Valeri Gerasimov arasında telefon danışığı ilə bağlı məlumatı tez bir zamanda paylaşıb.

ABŞ-ın bəyanatına əsasən, "təhlükəsizliklə bağlı narahatlıq doğuran bir neçə məsələni müzakirə edib". Daha sonra bəyanatda telefon söhbətinin “risklərin azaldılması və münaqişələrin operativ həllini təmin etmək üçün hər iki lider arasında ünsiyyətin davamı” olduğu qeyd edilib.

ABŞ-ın bəyanatında həmçinin deyilib ki, hər iki tərəf çərşənbə axşamı baş tutan telefon danışığının təfərrüatlarının açıqlanmamasına razılıq verib.

Telefon söhbəti ABŞ və NATO-nun Ukrayna və Krımla sərhəddə Rusiya qüvvələrinin “qeyri-adi fəaliyyətinə” dair artan narahatlığını dəfələrlə dilə gətirməsindən sonra baş tutub.

Ukrayna kəşfiyyatının hesablamalarına görə, Rusiya hərbçilərinin sərhəddə sayı 90 minə yaxındır.

ABŞ rəsmiləri kəşfiyyat məlumatlarının qiymətləndirilməsini açıq şəkildə şərh etməkdən imtina edib. Lakin ABŞ-ın yüksək səviyyəli rəsmisi Amerikanın Səsinə bildirib ki, “Rusiyanın hərbi fəaliyyətləri və Ukraynaya qarşı sərt ritorikası ilə bağlı ciddi narahatlıqlar var”.

Adının aşıqlanmaması şərti ilə danışan rəsmi Vaşinqtonun avropalı tərəfdaşlar, Ukrayna, eləcə də Rusiya ilə müzakirələri davam etdirdiyini deyib.

“Biz Birləşmiş Ştatların Rusiyanın zərərli hərəkətlərini ünvalamaq üçün bir sıra vasitələrdən istifadə etməyə hazır olduğunu nümayiş etdirdik və biz gələcəkdə bu və digər vasitələrdən istifadə etməkdən çəkinməyəcəyik” - deyə, rəsmi əlavə edib.

Bazar ertəsi Rusiyanın Xarici Kəşfiyyat Xidməti özünün veb səhifəsində ABŞ-ı tənqid edərək, Ukrayna ilə vəziyyəti 2008-ci ildə Rusiyanın müdaxiləsindən əvvəl Gürcüstanla yaranmış gərginliklə müqayisə edib və bunun Gürcüstana baha başa gəldiyini vurğulayıb.

ABŞ və Rusiya arasında çərşənbə axşamı telefon söhbəti Birləşmiş Ştatlar və Ukraynanın yüksək səviyyəli generallarının "Şərqi Avropada dəyişən təhlükəsizlik mühiti ilə bağlı perspektivlər və qiymətləndirmələrini bölüşmək" üçün dörd gün ərzində iki dəfə danışmasından sonraya təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG