Accessibility links

ABŞ və Türkiyə qüvvələri Mənbic civarında patrul çəkməyə başladılar


Birləşmiş Ştatlar "koordinasiyalı, ancaq müstəqil" şəkildə Türkiyə ilə Suriyanın şimalındakı Mənbic şəhəri civarında patrul çəkməyə başlayıb.

“Biz bir tərəfdə patrul çəkirik, onlar digər tərəfdə,” deyə Pentaqon sözçüsü Erik Pahon Amerikanın Səsinə bildirib. “Bu patrullar birgə aparılmır.”

Biz bir tərəfdə patrul çəkirik, onlar digər tərəfdə.

Türkiyə silahlı qüvvələri amerikalıların və türklərin “müstəqil patrul fəaliyyətlərini” Twitterdə bir gün öncə təsdiqləyib.

Pahon keşik çəkən əsgərlərin şəhərin qərb hissəsində - türklərin nəzarət etdiyi ərazi ilə Mənbicin ayrıldığı yerdə qərar tutduğunu söyləyir.

Hazırda şəhərin özündə Ankaranın “terrorist” adlandırdığı kürd silahlı dəstələri yerləşir.

Pahon deyib ki, patrulların məqsədi Mənbicin uzun-dönəmli təhlükəsizliyini təmin etmək və NATO müttəfiqi olan Türkiyə qarşısındakı öhdəliyə sadiq qalmaqdır.

Türkiyə qüvvələri "terrorist" adlandırdıqları YPG-dən ərazini təmizləmək üçün Suriyaya daxil olublar.
Türkiyə qüvvələri "terrorist" adlandırdıqları YPG-dən ərazini təmizləmək üçün Suriyaya daxil olublar.

Bu ayın əvvəlində Türkiyə və Birləşmiş Ştatlar şəhər üzərində aylarla davam edən mübahisəni çözmək üçün “yol xəritəsi”-ni təsdiq ediblər.

İki ölkə arasında ABŞ-ın YPG kürd hərbi birləşmələrinə dəstək verməsi ilə əlaqədar fikir ayrılığı mövcuddur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG