Accessibility links

ABŞ və Taliban arasında Pakistanda danışıqlar təxirə salınıb


Supporters of Deputy President and presidential candidate William Ruto celebrate his victory over opposition leader Raila Odinga in Eldoret, Kenya.
Supporters of Deputy President and presidential candidate William Ruto celebrate his victory over opposition leader Raila Odinga in Eldoret, Kenya.

Pakistanda Birləşmiş Ştatlar və Taliban nümayəndələri arasında planladırılmış görüş hər iki tərəfin verdiyi açıqlamalara görə, təxirə salınıb.

Taliban liderlərindən biri adının anonim qalması şərtilə görüşün “amerikalılar tərəfindən” təxirə salındığını bildirib. Talibanın açıqladığı bəyanata əsasən, danışıqlar 14 müzakirəçidən ibarət heyətin üzvlərinin çoxunun “ABŞ və BMT-nin qara siyahısında” olduğu üçün xaricə səfər edə bilməməsi səbəbi ilə təxirə salınıb. BMT Təhlükəsizlik Şurasının sanksiyalar siyahısında olanların çoxunun beynəlxalq səfərlərinə qadağa qoyulub.

Bu arada, ABŞ rəsmisinin bildirdiyinə görə, Amerikanın nümayəndə heyətinə başçılıq etməli olan Zalmay Xəlilzadın bu həftə İslamabada səfəri planlaşdırılmır.

ABŞ-ın xüsusi nümayəndəsi Zalmay Xəlilzad
ABŞ-ın xüsusi nümayəndəsi Zalmay Xəlilzad

​ABŞ ilk dəfə Talibanın sözçüsü Zabiullah Mücahid tərəfindən bir neçə gün bundan əvvəl elan edilmiş görüşə Pakistan hökumətinin rəsmi dəvətini almadığını bəyan edib.

Mücahidin bəyanatında danışıqların tarixi olaraq fevralın 18-i göstərilib və Pakistan tərəfindən rəsmi dəvətin göndərildiyi bildirilib. Bundan əlavə, Talibanın nümayəndə heyətinin Pakistanın baş naziri İmran Xanla görüşəcəyi də qeyd edilib.

Yanvar ayında Dohada bundan əvvəl keçirilmiş görüş altı gün davam etmişdi. ABŞ-ın xüsusi nümayəndəsi Zalmay Xəlilzad tərəflərin Əfqanıstan ərazisinin heç bir terrorçu qrup, ya da şəxslər tərəfindən istifadə edilməyəcəyinə qarantiyalar verilməsi müqabilində xarici ölkələrin hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasına “prinsipcə” razı olduqlarını bildirmişdi.

Vaşinqtonda qərargahlanan Birləşmiş Ştatların Sülh İnstitutunda danışan Xəlilzad deyib ki, Taliban iyul ayına təyin olunmuş prezident seçkilərində prezident Əşrəf Qaniyə üstünlük vermək istəmədiyi üçün “yalnız hökumətlə danışıqlar masasına oturmaq” istəmir.

“Onların bir neçə tərəfin iştirakı ilə hökumətlə danışıqlarda iştirak etmək istədiyinə işarələr var” – deyə, Zalmay Xəlilzad bildirib.

XS
SM
MD
LG