Accessibility links

ABŞ və Taliban arasında sülh müzakirələri Əfqanıstanda müharibənin siyasi həllinə dair ümidləri artırıb


Qətərdə ABŞ və Taliban arasında davam edən sülh müzakirələri Əfqanıstanda 17 illik müharibənin siyasi həllinə dair ümidləri artırıb.

Müzakirələrdə Pakistan və Qətər rəsmiləri də iştirak edir. ABŞ-ın nümayəndə heyətinə Amerikaın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad başçılıq edir.

Mənbələr Amerikanın Səsinə bildirib ki, danışıqların dördüncü günü tərəflər qarşılıqla anlaşma sahəsində bəzi maneələri aradan qaldıra bilib.

Müzakirələrdən öncə Taliban bildirmişdi ki, ABŞ və NATO-nun rəhbərlik etdiyi koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılması məsələsinin vaxt cədvəlini müəyyən etmək istyir. Taliban Əfqanıstanın ABŞ və ya digər ölkəyə qarşı güc müstəvisi kimi istifadə edilməyəcəyinin təminat altına alınacağını deyir.

Doha müzakirələrinin iştirakçıları ilə əlaqəsi olan mənbələrin bildirdiyinə görə, xarici qüvvələri Əfqanıstandan çıxarıldığı təqdirdə Taliban müvəqqəti atəşkəsə razılıq verə bilər.

Pakistan müzakirələrin İslamabadın vasitəçiliyi təşkil edildiyini və Talibanı ABŞ-la sülh müzakirələrinə qane etdiyini bildirir.

Pakistanın xarici işlər naziri Məhəmməd Feyzal İslamabadın da müzakirələrdə iştirak etdiyini təsdiq edib, lakin hər hansısa irəliləyiş olduğu barədə məlumat verməyib.

Talibanın Əfqanıstan hökuməti ilə birbaşa danışqılara razılıq verdiyi bəlli deyil. ABŞ-ın belə danışıqlar çağırışını Taliban dəfələrlə rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG