Birləşmiş Ştatlar İraqa hava zərbəsi nəticəsində İranın elitar Qüds Qüvvələrinin liderini öldürməklə Tehrana mühüm və potensial riskli zərbə endirib.
Pentaqon cümə axşamı yaydığı bəyanatda Qüds Qüvvələrinin komandiri general Qasim Suleymaninin öldürüldüyünü təsdiq edib və zərbənin ABŞ prezidenti Donald Trampın “göstərişi ilə” endirildiyini bildirib.
Pentaqon hücumu “ABŞ-ın xaricdəki personalını qorumaq üçün atılan “qətiyyətli müdafiə addımı” adlandırıb.
Zərbə İranı gələcək hücum planlarından çəkindirmək məqsədi daşıyır. Birləşmiş Ştatlar dünya boyu vətəndaşlarımız və maraqlarımızı qorumaq üçün lazım olan tədbirləri görəcək.
“General Süleymani aktiv şəkildə İraq və regionda Amerika diplomatları və hərbi qulluqçulara hücum etmək üçün planlar tərtib edirdi,” bəyanatda bildirilib.
“Zərbə İranı gələcək hücum planlarından çəkindirmək məqsədi daşıyır. Birləşmiş Ştatlar dünya boyu vətəndaşlarımız və maraqlarımızı qorumaq üçün lazım olan tədbirləri görəcək,” bəyanatda qeyd edilib.
Birləşmiş Ştatlar cümə günü vətəndaşlarını İraqı dərhal tərk etməyə çağırıb. Bağdadakı səfirlik bağlanıb, konsulluq xidmətləri dayandırılıb.
Müdafiə Nazirliyi bəyanatında zərbə ilə bağlı çox az detal paylaşıb, amma İraq rəsmiləri cümə günü yerli vaxtla erkən saatlarda Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında hərəkət edən karvana zərbə endirilidiyini bildirib.
İraq rəsmiləri deyib ki, Birləşmiş Ştatların həyata keçirdiyi hava zərbəsi habelə İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanının müavini Əbu Mehdi əl-Mühəndisi öldürüb. Onların sözlərinə görə, başqa rəsmilərin öldürüldüyü də mümkündür.
ABŞ Müdafiə Nazirliyi Süleymaniyə qarşı zərbəni təsdiq etmədən öncə sosial mediada İran generalının cəsədinin olduğu idida edilən fotolar paylaşılmışdı .
İraqda İranın himayədarlıq etdiyi yarı-hərbi dəstələr və İranın İnqilab Keşikçiləri Süleymani və Əl-Mühəndisin öldüyünü təsdiqləyib və onların ölümünə görə Birləşmiş Ştatları günahlandırıb.
İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın zərbəsini “terror aktı” adlandırıb.
Prezident Tramp dərhal şərh verməsə də, cümə axşamı Twitter-də ABŞ bayrağının şəklini paylaşıb.
Bundan bir neçə gün öncə Tramp İrana xəbərdarlıq etmişdi ki, o, İranın himayədarlıq etdiyi yarı-hərbi dəstələrin ABŞ-ın Bağdaddakı səfirliyinə hücümlarına görə İranın liderlərini cavabdeh tutur.
"Onlar çox böyük bədəl ödəyəcək. Bu, xəbərdarlıq deyil. Bu, təhdiddir," Tramp Twitterdə yazıb.
Lakin o, çərşənbə axşamı müxbirlərə deyib ki, o, Birləşmiş Ştatların İranla müharibə edəcəyini düşünmür.
"Məncə İran bunun baş verməsini istəməz. Bu, çox tez baş verə bilər," Tramp əlavə edib.