Accessibility links

ABŞ vətəndaşlarını hədəf alan koronavirusla əlaqədar fırıldaqçılıqda şübhəli qismində 3 vyetnamlı saxlanılıb


Vyetnam rəsmiləri minlərlə amerikalıdan aldadılaraq təxminən 1 milyon dollar pul alan koronavirus pandemiyası ilə əlaqəli bir fırıldaqçı sxemə daxil olan üç nəfəri həbs edərək məsuliyyətə cəlb edib.

ABŞ-ın Vyetnamdakı səfirliyi və konsulluğunun çərşənbə axşamı yaydığı açıqlamada şübhəlilər Pan Din Tu, Tran Quoc Kan və Nguyen Duy Toanın pandemiyanın əvvəlində mağazaların rəflərindən yoxa çıxan dezinfeksiyaedici məhlullar və digər məhsulları idarə etdikləri 300-dən çox veb-saytda alıcılara təklif etdiyi bildirilir. 50 ştatdan 7000-dən çox qurban bu məhsullara görə pul ödəyib, lakin onları heç vaxt əldə etməyib.

ABŞ-ın Daxili Təhlükəsizlik nazirliyi tərəfindən başladılan təhqiqat sxemi həyata keçirmək üçün yüzlərlə elektron məktub və istifadəçi hesabının ABŞ ödəmə prosessoru ilə qurulduğunu və onu hüquq-mühafizə orqanlarından gizli saxladığını müəyyən edib. Təqsirləndirilənlər ABŞ-dakı başqa şəxslərin və müəssisələrin məlumatlarını öz saytlarına yerləşdirib və bu, həmin şirkətlərin saxta məhsullara ödəniş etmiş qurbanların çoxsaylı şikayətlərini qəbul etmələrinə səbəb olub. Təqsirləndirilənlər veb saytlarda yanlış əlaqə ünvanı və telefon nömrələrini qeyd etməkdə də ittiham olunurlar.

ABŞ-ın Daxili Təhlükəsizlik nazirliyi məlumatı öz tərəfindən təhqiqata başlamış Vyetnam İctimai Təhlükəsizlik nazirliyinə verib və nəticədə 3 nəfər saxlanılıb.

ABŞ-ınsSəfiri Daniel J. Kritenbrink səfirliyin açıqlamasında "bu təhqiqat artıq COVID-19 pandemiyası səbəbi ilə çox böyük çətinliklərlə üzləşən insanlar üçün böyük maliyyə itkiləri ilə nəticələndi", deyə bildirib. Kritenbrink əlavə edib ki, bu addım "Vyetnam hökumətinin COVID-19 ilə əlaqəli cinayətləri ciddi qəbul etdiyini nümayiş etdirir".

XS
SM
MD
LG