Accessibility links

ABŞ vasitəçisi: Əfqanıstanda iyulda seçkidən öncə sülh razılığı əldə oluna bilər


Zalmay Xəlilzad
Zalmay Xəlilzad

Əfqanıstanın Taliban liderləri ilə sülh danışıqları aparan yüksək səviyyəli ABŞ vasitəçisi deyir ki, o, Əfqanıstanda beş ay sonraya təyin olunan seçkilərdən öncə sülh razılığının əldə olunacağına ümid edir.

ABŞ-ın Əfqanıstanda sülh danışıqları üzrə nümayəndəsi Zalmay Xəlilzad cümə günü Vaşinqtonda Birləşmiş Ştatların Sülh İnstitutunda çıxış edib. O, Əfqanıstanda iyul ayında keçiriləcək prezident seçkilərindən öncə sülh razılığının əldə olunacağına dair nikbin olduğunu söyləyib, lakin xəbərdarlıq edib ki, hələ “görüləsi çox iş” var.

Biz uzun sürən prosesin erkən mərhələlərindəyik.
Zalmay Xəlilzad

“Biz uzun sürən prosesin erkən mərhələlərindəyik,” o deyib.

Əfqanlararası danışqlar

Çərşənbə axşamı Moskvada Talibanla Əfqanıstanın siyasi liderləri arasında iki gün davam edən danışıqlar başa çatıb. Lakin danışıqlarda prezident Əşrəf Qani hökümətindən nümayəndələr iştirak etməyib və bu, Kabildə qəzəbə səbəb olub. Taliban Kabil hökümətini Qərbin kuklası hesab edir və indiyədək hələ ki, onlarla birbaşa danışıq aparmaqdan imtina edib.

Bunun əvəzinə Talibanın 10 üzvlük nümayəndə heyəti siyasətçilər, keçmiş cihadçı liderlər, vətəndaş cəmiyyəti fəalları və sabiq prezident Həmin Karazi daxil olmaqla 50 nüfuzlu əfqanla görüşlər keçirir.

Moskvada danışıqlardan sonra verilən yekun bəyanatda bildirilib ki, Əfqanıstanda davamlı sülhün təmin olunması üçün ABŞ-ın başçılıq etdiyi xarici qüvvələrin Əfqanıstandan çıxması zəruridir.

Xəlilzad deyib ki, Rusiyanın dəstəyi ilə keçirilən danışıqlar “əfqanları daha da qütbləşdirmək” əvəzinə əfqanlararası danışıqları irəlilətdiyi təqdirdə müsbət nəticə verəcək.

Əfqanıstanın sabit prezidenti Həmin Karzai
Əfqanıstanın sabit prezidenti Həmin Karzai

“Mən Əfqanıstadakı sülh prosesini inhisarlaşdırmaq niyyətində deyiləm”, Xəlilzad deyib və əlavə edib ki, regiondakı ölkələr də bu prosesdə rol oynamalıdır.

ABŞ-ın Əfqanıstandakı sabiq səfiri olan Xəlilzad cümə günü bildirib ki, Taliban və Əfqanınstan hökümətinin liderləri “bir masa arxasına oturub ölkənin gələcəyi ilə bağlı razılıq əldə etməlidir”.

O deyib ki, Talibanın “çoxpartiyalı formatda” hökümət nümayəndələri ilə danışıqlar apacağına dair işarələr var.

İki həftə sonra Qətərdə növbəti danışıqlar keçiriləcək

Xəlilzad ötən ay Qətərdə Taliban liderləri ilə altı-günlük görüşlərdə iştirak edib və daha sonra sülh razılığı üçün danışıqlarda əhəmiyyətli irəliləyişin olduğunu söyləyib. Həmin danışıqlarda sülh razılığı üçün təməl çərçivə təyin edilib. Bu çərçivə Talibanı beynəlxalq terror qruplarını Əfqanıstanda istinadgah qurmalarının qarşısını almağa və Birləşmiş Ştatları qüvvələrini ölkədən çıxarmağa çağırır.

Bütün tərəflər keçmişdən dərs çıxarıb. İndi isə onlar deyir ki, inklüziv sülhə yol açacaq inklüsiv dialoq aparmağın vaxtı gəlib çatıb. Bu asan olmayacaq…Amma əfqanlar öz aralarında danışıqlar aparıb, bir-birlərini qəbul etməlidirlər.
Zalmay Xəlilzad

Taliban hələ də ABŞ-ın iki tələbi ilə bağlı güzəştə getməlidir. Bu, atəşkəs tətbiq etmək və əfqanların başçılıq etdiyi əfqanlararası sülh prosesinin bir hissəsi olaraq Əfqanıstan hökümətinin nümayəndələri ilə birbaşa danışıqlar aparmağa razılıq verməkdir.

O və onun komandasının fevralın 25-də Qətərdə Talibanla yenidən görüşəcəyi gözlənilir.

“Bütün tərəflər keçmişdən dərs çıxarıb. İndi isə onlar deyir ki, inklüziv sülhə yol açacaq inklüsiv dialoq aparmağın vaxtı gəlib çatıb. Bu asan olmayacaq…Amma əfqanlar öz aralarında danışıqlar aparıb, bir-birlərini qəbul etməlidirlər”, o əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG