Accessibility links

ABŞ Venesuela, Nikaraqua və Kubaya qarşı sərt yanaşma vəd edir


Con Bolton
Con Bolton

Tramp administrasiyası Venesuela, Kuba və Nikaraquaya qarşı sərt yanaşmanı nəzərdən keçirir.

Prezident Donald Trampın milli təhlükəsizli müşaviri Con Bolton bu üç ölkənin “tiraniya üçlüyü” təşkil etdiyini və Venesuela ilə Kubaya qarşı yeni sanksiyalar elan etdiyini, Nikaraquaya isə əlavə sanksiyalar tətbiq edəcəyini deyib.

Bolton deyir ki, bu ölkələr "əsarət, sosializm və totalitarianizmin destruktiv qüvvələrini" təmsil edir. O deyir ki, nəhayət bu administrasiyada üçlük “öz rəqibi ilə üzləşib”.

Venesuela sanksiyaları ABŞ vətəndaşlarına Cənubi Amerika ölkəsindən ixrac olunan qızılın ticarəti ilə məşğul olmağı qadağan edir.

Kubaya qarşı tədbirə isə qara siyahıya yeni adların əlavə olunması daxildir.

Bolton bu üç ölkədən qaçan minlərlə insanın yaşadığı Mayamidə çıxış edib. Onun çıxışı Kubaya qarşı dahə sərt yanaşmanı dəstəkləyən kubalı-amerikalı seçiciləri həvəsləndirə bilər.

XS
SM
MD
LG