Accessibility links

ABŞ "Venesuelada dəyişikliyə hazır" olduğunu bildirib


Nikolas Maduro
Nikolas Maduro

ABŞ-ın Venezuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams deyir ki, Birləşmiş Ştatlar “Venesuelada dəyişikliyə hazırdır” və ölkənin azad seçkiyə doğru gedib, demokratiyaya çevrilməsi üçün prezident Nikolas Maduronun hakimiyyətdən getməsi vacibdir.

Abrams qeyd edib ki, Maduronun hakimiyyəti əldən verməsi ona qarşı cəza və ya qisas məqəsdi daşımır.

O əlavə edib ki, Maduro könüllü istefası ilə nəticələnəcək razılıq əldə etməyə hazır olduğuna işarə etmir.

Elliott Abrams
Elliott Abrams

Qərb Yarımkürəsində bir çox ölkə Maduronun 2018-ci ildə yenidən prezident seçilməsini qeyri-qanuni hesab edir.

Birləşmiş Ştatlar və 50-dən çox digər ölkə müxalifət lideri Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyır.

Abrams deyib ki, Norveçin vasitəçiliyi ilə Maduro və Quaydonun nümayəndələri arasında aparılan danışıqlar hələlik dayandırılıb, çünki Quaydonun komandası Maduronun həqiqətən də danışıq aparmaq niyyətində olduğunu və ya sadəcə vaxt qazanmağa çalışdığını anlamağa çalışır.

Maduro təsdiq edib ki, hökümətinin üzvləri ABŞ rəsmiləri ilə də danışıqlar aparır. O deyib ki, onun birbaşa icazəsi isə müxtəlif yollarla əlaqələr yaradılıb.

Xuan Quaydo
Xuan Quaydo

Abrams cümə axşamı müxbirlərə bildirib ki, ABŞ-ın Maduro hökümətinin yüksək səviyyəli üzvlərinə tətbiq etdiyi sanksiyalar gözlənilən təsiri göstərir və o inanır ki, onlar nefti bazar qiymətində satmaqda və maliyyə tranzaksiyaları həyata keçirməkdə çətinlik çəkir.

"ABŞ ümid edir ki, Avropa İttifaqı gələcək aylarda rejimə daha çox sanksiya tətbiq edəcək," o əlavə edib.

Abrams deyib ki, ABŞ sanksiyaları Venesuela xalqını deyil, Maduro hökümətini hədəf alır və ərzaq, dərman və digər humanitar malların axını üçün istisnanlar müəyyən olunub.

XS
SM
MD
LG