Accessibility links

ABŞ Venesuelada sosialist partiyasının rəhbəri ilə gizli danışıqlar aparır


ABŞ Venesuela prezidenti Venesuela Sosialist partiyasının rəhbəri ilə gizli danışıqlara başlayıb. Bu arada prezident Nikolas Maduronun yaxın ətrafının digər üzvləri də Vaşinqtondan onu hakimiyyətdən kənarlaşdıracaqları təqdirdə qisas ölçüləri ilə üzləşməyəcəklərinə zəmanət istəyirlər.

Tramp administrasiyasının yüksək rütbəli rəsmisinin Associated Press-ə verdiyi məlumata görə, Madurodan sonra Venesuelada ikinci nüfuzlu şəxs hesab edilən Diosdado Kabello ötən ay Karakasda Tramp administrasiyası ilə yaxın əlaqədə olan şəxslə görüşüb. Rəsminin sözlərinə görə, ikinci görüşə hazırlıqlar görülür.

Kabello dərin iqtisadi böhranla üzləşən Venesuelada böyük təsir gücünə malik şəxslərdən biridir.

AP xəbər agentliyi vasitəçinin təzyiqlərə məruz qalmağından narahat olaraq onun adını və Kabello ilə görüşün təfərrüatlarını gizli saxlayır. Həmçinin administrasiya rəsmisi də ilikn mərhələdə olan danışıqları müzakirə etmək səlahiyyətləri olmadığından anonim qalmasını xahiş edib.

Kabello Venesuelada böyük təsir gücünə malik şəxslərdən biridir. Maduronun gücü zəiflədikcə hökümətdə və təhlükəsizlik qüvvələrində Kabellonun siyasi çəkisi ağırlaşıb. Lakin ABŞ rəsmiləri onu hazırki ABŞ senatoruna qarşı ölüm təhdidlərində, narkotik ticarəti və kütləvi korrupsiya hallarının arxasında durmaqda ittiham edir.

Diosdado Kabello və Nikolas Maduro
Diosdado Kabello və Nikolas Maduro

Administrasiya nümayəndəsi ABŞ-ın heç bir halda Diosdado Kabelloya dəstək və ya Maduronun yerinə keçməsinə yardımçı olmaq istəmədiyini bildirib. Təmasların məqsədi daha çox Venesuelanın hakim partiyasında pərdəarxası rəqabəti alovalndırmaqla rejimə təzyiqi artırmaqdır.

Administrasiya rəsmisinin sözlərinə görə, Venesuelanın digər yüksək rütbəli nümayəndələri ilə də oxşar əlaqələr mövcuddur və ABŞ onların Maduroya xəyanət etməsi və keçid planını dəstəkləməsi üçün nə tələb olunduğunu bilmək istəyir.

Kabello bu açıqlamaya hələlik şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG