Accessibility links

ABŞ Venesuelanın dövlət neft şirkətinə qarşı sanksiyalar tətbiq edib


ABŞ höküməti Venesuela dövlət neft şirkəti “PDVSA”ya qarşı sanksiyalar tətbiq edib.

ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin prezident Nikolas Maduro hökümətinin artıq neft satışından əldə olunan gəlirləri almayacağını bildirib. Mnuçin həmçinin deyib ki, ödənişlər PDVSA-nın müxalifət lideri Xuan Quaydonu ölkənin prezidenti kimi tanıdıqdan sonra bərpa olunacaq.

Venesuela ABŞ üçün əsas neft təchizatçısı olaraq qalır. Venesuela neftin təxminən 41 faizini Birləşmiş Ştatlara ixrac edir.

ABŞ hökümətinin sanksiyalarına cavab olaraq Maduro höküməti “PDVSA”-nı həm ABŞ-da, həm də xarici məhkəmələrdə siyasi və məhkəmə araşdırmalarına başlamağa çağırıb.

Venesuela prezidenti Nikolas Maduro ölkəsində Birləşmiş Ştatların Venesuelanın dövlət neft şirkətinə qarşı (PDVSA) sanksiyalar tətbiq etdikdən sonra ABŞ prezidenti Donald Trampı ölkəsində baş verən hər hansı zorakılığa görə günahlandırıb.

Sanksiyalar dövlətə məxsus olan PDVSA-nın ABŞ-da olan istənilən aktivlərini dondurur. ABŞ şirkətləri və vətəndaşlarına “PDVSA” ilə işləmək qadağan edilib.

Maduro bazar ertəsi axşam yayım zamanı çıxışında Trampı Venesuelada hakimiyyəti dəyişdirməyə çalışaraq, neftlə zəngin bir ölkəni ABŞ-ın dəstəklədiyi müxalifətə təhvil verməyə məcbur etməkdə günahlandırıb.

"Mən Venesuelada, Trinidad və Tobaqo və ya istənilən yerdə, bütün Venesuela müxalifəti ilə hər hansı yerdə, hər hansı vaxt danışıqlara hazıram”, Venesuela prezidenti Nikolas Maduro deyib.

Ötən həftə Maduro Trampın ABŞ-ın rəsmi olaraq Venesuela Milli Assambleyasının prezidenti Xuan Quaydonu ölknin müvəqqəti lideri kimi tanıdığını elan etməsindən sonra ABŞ-la bütün diplomatik əlaqələrə son qoyduğunu bildirib.

Quaydo artıq Maduro hökümətindən keçid üçün plan hazırlayır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG