Accessibility links

ABŞ Maduroya təzyiqləri artırır


ABŞ Maduroya təzyiqləri artırır
please wait

No media source currently available

0:00 0:01:44 0:00

ABŞ Maduroya təzyiqləri artırır

ABŞ Venesuelanın dövlət neft şirkəti PDVSA-ya sanksiyalar tətbiq edib. Birləşmiş Ştatlar bununla Nikolas Maduroya hakimiyyəti artıq ABŞ və bir sıra digər ölkələr tərəfindən ölkənin qanuni prezidenti kimi tanınan Xuan Quaydoya ötürməsi üçün təzyiqləri artırıb.

Venesuelada on minlərlə insanın Nikolas Maduronun istefa verməsinə çağırdığı siyasi böhran zamanı ABŞ hökuməti bazar ertəsi təzyiqləri artıraraq ölkənin dövlət neft şirkətinə qarşı sanksiyalar tətbiq edib.

"Biz Petroleos de Venezuela - Venesuela dovlət monopoliyasında olan neft şirkətinə qarşı sanksiyalar irəli sürürük. Maduro və onun tərəfdarlarına dair korrupsiya faktlarını ifşa etməyə davam edəcəyik. Bugünkü addım onların artıq Venesuela xalqını talan edə bilməyəcəklərini təmin edir", ABŞ-ın milli təhükəsizlik məsələləri üzrə müşaviri Con Bolton.

Bolton Venesuela hərbçiləri və təhlükəsizlik qüvvələrini hakimiyyətin dinc, demokratik və konstitusiyaya uyğun şəkildə müvəqqəti prezident Xuan Quaydoya keçməsini qəbul etməyə çağırıb.

Venesuelanın xarici işlər naziri Xorxe Arreaza beynəlxalq təzqiyi hiss edərək bazar ertəsi ABŞ-a təklif irəli sürüb.

"Baş komandan Huqo Çavezin dediyi və prezident Maduronun minlərlə dəfə təsdiq etdiyi sözləri xatırlayın. İki ölkə arasında sülh və hörmət əsasında danışıqlar üçün Donald Trampla və ya "şeytan"la belə görüşmək lazım olsa biz bunu edərik. Amma mən Trampın "şeytan" olduğunu demirəm", Venesuelanın xarici işlər naziri Xorxe Arreaza.

Təhlilçilər neft sanksiyalarının Maduro üçün dağıdıcı təsiri ola biləcəyini bildirir.

"Bu, nüvə silahı qədər təsirə malikdir. Bu, bir növ ABŞ-ın əlində olan ən güclü silahlardan biridir", təhlilçi Maykl Çifter.

ABŞ iki ölkənin bir-birindən Venesueladan xam neftə görə onilliklər ərzində asılılığına görə neft sanksiyalarının tətbiq edilməsinə meyl göstərmirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG